Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çap olunub
21-08-2025 [11:29]
Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin 60 illik yubileyi münasibətilə “Qala adam” kitabı işıq üzü görüb.
Mia.az xəbər verir ki, Əməkdar jurnalist Yusif Rzayevin redaktoru olduğu kitabda, əsasən, Rəşad Məcidin bədii-publisistik yaradıcılığının son beş illik mənzərəsi əhatə olunub.
“Qala adam”da 2019-2024-cü illərdə müəllifin qələmə aldığı esse, məqalə və təəssürat yazıları ilə yanaşı, tanınmış elm xadimlərinin, qələm adamlarının onun müxtəlif səpkili mətnləri barədə düşüncələri, ciddi elmi-bədii yanaşmaları öz əksini tapıb.
“Qala adam” kitabının tərtibatçısı, yazıçı-publisist Nadir Yalçın “Adam necə qalaya çevrilir?” adlı “Ön söz”də kitabın ərsəyə gəlməsi və nəşrdə toplanan mətnlər barədə ümumi fikirlərini bölüşüb.
Kitabın ilk bölümündə “Qələmsiz yazılanlar” yer alıb. İkinci bölümdə isə “Qələmsiz yazılanlar”dan yazılanlar” başlığı altında Rəşad Məcidin status-esseləri barədə təəssüratlar cəmlənib. Akademik İsa Həbibbəyli, professor Asif Hacılı, şair, tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Qismət Rüstəmov, türkiyəli yazıçı-şair, tərcüməçi İmdat Avşar və türkiyəli ədəbiyyatşünas Bəxtiyar Aslan bu status-esselərin kitab halında çap olunması təşəbbüsünün publisistik fikir tarixindəki yeri və rolu barədə fikirlərini bölüşüblər.
Digər iki bölmə Rəşad Məcidin Şuşaya səfəri ilə bağlıdır. “Şuşa gör nələr eylər” bölümündə eyniadlı təəssürat yazısı öz əksini tapıb. “Şuşa dəftəri” adlanan digər bölmədə isə müəllifin Şuşanın bəxş etdiyi müxtəlif ovqatları özündə əks etdirən silsilə şeirləri yer alıb.
“Oğul Rəşad Məcid, nəvə Rəşad Məcid” bölməsində Rəşad Məcidi onu öz ailəsinin – nənəsinin, xalasının və anasının gözü ilə bir oğul, nəvə kimi qismən tanımaq mümkün olur. Bu söhbətləri şair, publisist Şahanə Müşfiq qələmə alıb.
Rəşad Məcidin publisistik mətnləri “Ürəkdən gələn yazılar” bölməsində cəmlənib.
“60 yaşa yazı hədiyyələri” bölməsi yubiley yazılarından ibarətdir. Akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, yazıçı, esseist Fəxri Uğurlu, şair Vaqif Bəhmənli, esseist Sevinc Mürvətqızının 60 illiyə həsr olunmuş yazılarında Rəşad Məcidin portret cizgiləri ilə tanış olmaq mümkündür.
“Rəşad Məcidin sözü haqqında” son beş ildə qələmə alınmış məqalə, esselər də “Qala adam”da yayımlanıb. Professor Cahangir Məmmədli, yazıçı-publisist Loğman Rəşidzadə, Əməkdar jurnalist Əflatun Amaşov, türkiyəli yazıçı İmdat Avşar, şair, publisist Şahanə Müşfiq, yazıçı-esseist Türkan Turan, şair Şəfa Vəlinin qələmə aldığı yazılarda Rəşad Məcidin bədii yaradıcılığındakı müxtəlif cəhətlər, onun şeirlərinin poetik məziyyətləri və bu istiqamətlərin onun publisistik yaradıcılığına təsirləri barədə fikirlər öz əksini tapıb.
“Qala adam”ın son bölməsi “60 ilin söhbəti”dir. “Bir il Ağdam-Bakı qatarında gecələmişəm” sərlövhəli müsahibədə işğaldan azad olunandan sonra Laçına və Ağdama ilk dəfə səfər edən Rəşad Məcid ötən illərin yada düşən xatirələrini və Zəfərdən sonrakı hisslərini dilə gətirib(APA).
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər