KİM KİMƏ GÜZƏŞT EDƏCƏK? - Təhlil
20-08-2025 [16:57]
ABŞ Prezidenti Donald Tramp dünən telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinə ərazi tələblərinin birbaşa Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə edilməli olduğunu deyib. O, Putinə bu məsələdə “realist” olmağı tövsiyə edib.
Trampın “ərazi məsələlərinin Zelenski ilə müzakirəsi”ni təklif etməsi problemi tərəflərin öz razılığına buraxması təəssüratı yaratsa da, belə deyil. Məsələ ondadır ki, Tramp öncə Alyaskada Putinlə, daha sonra Vaşinqtonda Zelenski və Avropa İttifaqı liderləri ilə danışıqlar apardı. O, həm tərəfləri dinlədi, həm də istisna deyil ki, avropalı liderlərə niyyətini bəlli etdi.
Hazırda iki əsas məsələ gündəmdədir və Tramp bunu həll etmək istəyir:
1. Ərazi məsələsində güzəştə gedilməsi;
2. Təhlükəsizlik zəmanətləri.
Trampın Putinə “realist olmağı” tövsiyə etməsi həm Rusiya, həm də Ukrayna üçün kompromislərin vacibliyinə işarədir. Bundan başqa, onun Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşünün əsas mövzusu təhlükəsizlik zəmanətləri olub.
Aydındır ki, həm Putin üçün Avropa qoşunlarının Ukraynada olmasına razılıq vermək, həm də Zelenski üçün mümkün ərazi güzəştləri məsələsi çətindir. Çünki bu, daxili və xarici siyasət baxımından ciddi nəticələrə səbəb ola bilər. Lakin Trampın da mövqeyi aydındır: hər iki tərəfə kompromisin qaçılmazlığını xatırladır.
Ümumiyyətlə, hazırda münaqişənin sabit həllə doğru yönəlməsi zəruridir. Bunun üçün isə tərəflərin öz daxili ictimaiyyətinə izah edə biləcəyi bir siyasi model lazımdır. Son zamanlar “Finlandiya modeli” kimi tanınan Kareliya nümunəsi tez-tez gündəmə gəlir.
Qısaca deyim ki, Finlandiya modeli İkinci Dünya müharibəsi zamanı Finlandiya ilə Sovet İttifaqı arasında baş verən müharibənin sonunda, xüsusilə 1940-cı ildə bağlanan sülh müqaviləsinə əsaslanır. Bu müqavilə ilə Kareliya bölgəsinin bir hissəsi Sovet İttifaqının nəzarətinə keçdi. Düzdür, bu itki Finlandiya üçün asan qəbul olunmasa da, ölkə beynəlxalq hüquqi müstəqilliyini və siyasi sabitliyini qorumağı üstün tutdu. Finlandiya həmin əraziyə faktiki nəzarəti itirsə də, dövlətin bütövlüyü və gələcəyi naminə kompromisə getdi və bu, uzunmüddətli strateji sabitlik yaratdı. Hətta Finlandiya 2023-cü ilə qədər NATO-ya üzv olmadı, amma Qərblə sıx iqtisadi və siyasi əməkdaşlıq quraraq təhlükəsizliyini daxildən möhkəmləndirdi.
Tramp hazırda “realist kompromis” və təhlükəsizlik zəmanətləri əsasında dialoqa çağırışlar çıxış edir. Yəni terminoloji olaraq “Finlandiya modeli” demir, ammayanaşmaları və çağırışları bu modelə çox bənzəyir. Ümumiyyətlə, ərazi güzəşti məsələsi gündəmə gələndə daha çox Ukraynanın nə itirəcəyi müzakirə edilir. Halbuki əsas məsələ Kiyevin nəyi qoruya biləcəyi olmalıdır. Finlandiyanın Kareliya güzəştindən sonra keçdiyi yol – güclü, sabit və rifahlı bir Avropa dövləti kimi formalaşması – Ukrayna üçün bir presedent ola bilər. Bu, hər iki tərəf üçün acı, lakin işlək bir formul ola bilər.
Turan Rzayev
MİA.AZ
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib