MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... - AFFA-nın yeni sözçüsü nəyi dəyişəcək?
28-07-2025 [00:23]
AFFA-nın mətbuat xidmətində küləklərin əsdiyini yazmışdıq.
Mia.az xəbər verir ki, qurumda kadr dəyişikliyi baş tutub.
Ağ şəhər bulvarından əsən külək gəlib məlum xidmətin rəhbəri Elnur Məmmədlini "götürüb aparıb". Yəni, artıq o, yola salınıb.
Mən keçən dəfə yazdım, indi də əminəm ki, AFFA prezidenti Rövşən Nəcəf bu bir ildə oturduğu kabinetdən bir-iki mərtəbə aşağı düşüb onun sözçülərinin olduğu otağa baş çəksəydi, pəncərəni açıb bir az havalandırsaydı, bəlkə oralarda nəfəs almaq bu qədər çətin olmazdı.

ELNUR MƏMMƏDLİ
Mövzuya dönəcəyimizi demişdik. Düzdü, E.Məmmədlini əvəzləyəcək şəxsin Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri olan Seymur Teymurov olacağı proqnoz edilmişdi. Amma bildiyimizə görə, son anda rəhbərlər fikrini dəyişib. Bəzi iddiaçılar S.Teymurovun özünün təklifdən imtina etdiyini ortaya qoyur. Bəzi mənbələrsə deyir ki, S.Teymurovla illərdi yaxın dost olan və hazırda AFFA idarəçiliyinə gətirilmiş Cahangir Fərəcullayev birinciyə daha sanballı vəzifə hazırlayır. Belə baxanda həqiqətən AFFA mətbuat xidməti nədir ki?! Adı, sanı var bu vəzifənin, gəliri də var. Amma daha böyük ambisiyalara köklənən adam üçün AFFA mətbuat xidməti kreslodan başqa bir şey deyil.

SEYMUR TEYMUROV
Zamanında eks mətbuat xidməti rəhbəri E.Məmmədli də deyəsən, bu müəzzəm həqiqəti anlamaqda zorluq çəkib.
Mia.az-ın əməkdaşının idman mediasındakı görüntüsünə “Bu da idman mediasına paz oldu” kimi depressiv notlara köklənən reaksiyasından anlamışdım mən E.Məmmədlinin içindəki həvəssizliyi.
Boz və yeknəsək eks mətbuat xidməti rəhbərinin ardından onun yerinə təyin olunduğu bildirilən yeni kadr da əslində küləyin qənşərində oturub. E.Məmmədlidən nisgilli qalan media dostları indidən onun təyinatı ilə bağlı xəbərlərə dodaq büzüb. Hələ məlum binada Məmmədli ilə çörək kəsmiş nə qədər adam var. Məmmədlinin dostları bilmir, təzə kadr onlar üçün hansı layihələr təşkil edəcək, məsələn, səfərlərə aparacaqmı?

Köhnəyə üz-göz öyrəşdiyiçün təzə kadr onlara qəribə gəlir. Nəymiş? Cavanmış, təcrübəsi yoxmuş, bundan əvvəl sanballı işi yoxmuş. O da Elnur kimi bizim həmkarımız deyilmi? Siz yenilik olsun, AFFA dəyişsin, istəmirdinizmi?
Dəyişir də. Yuxarıda olmasa da, aşağıda bir hərəkət var. Biz hələ aşağıda rahat nəfəs ala bilək, qalanını boş verin. Həm də aşağıda olanlar çatdırır sözümüzü yuxarılara. AFFA-da bir müddət əvvəl də kadr yeniliyi olub, hamı sevinirdi, yadınıza salım.
Avqustun 1-dən vəzifəsinə başlayacaq təzə kadra bir nəzər saldım. Murad Axundov bu il mayın 1-də AFFA-ya məlum xidmətə mütəxəssis gətirilib. Bundan əvvəl “Keşlə” FK-da (indiki “Şamaxı”) mətbuat xidməti, CBC kanalında işləyib. Hazırda media layihələri üzrə məsul adamdı. Bundan əvvəl mediaya açıqlamasında demişdi ki, AFFA-nın KİV-lə əlaqələrinin təkmilləşdirilməsinə töhvə vermək istəyir.
Allah şahiddir ki, biz də bunu istəyirik.
Zülfiyyə Mustafayeva
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər