Xanım jurnalistlər hədiyyə üçün top çilədi
28-07-2025 [00:14]
Medianın 150 illik yubileyi münasibətilə müxtəlif qurumların təşkil etdiyi tədbirlərin ardı-arası kəsilmədi. İndiyə qədər davam edir, maşaallah. Nələr gördük, nələr. Pis mənada demirəm. Onsuz da hər il bizi yada salanlar vardı. Sağ olsunlar. Bir təbrik belə yetər bizə. Qələm adamıyıq, təntənəyə ehtiyacımız yox.
Amma bu il yığıncaqların ardı-arası kəsilmədi. Rəsmi tədbirlər bir yana, qeyri-rəsmi şəkildə hansısa qurumun bir qrup jurnalisti şəhərdən kənara aparıb qonaqlıq verməsindən tutmuş, kosmetoloqların, masajistlərin, kafel-metlax ustalarının jurnalistlərə sertifikat paylamasına qədər hər canfəşanlığı gördük.
İdarələr oldu ki, bizləri hətta mərasim evlərinə yığıb o məlum aşdan bişirdilər. Narazılıq eləmirəm a, əsla. Hər kəsin öz tutumu var, demək istəyirəm.
Amma bəzən tutumu geniş və yüksək olanların da bizləri hansısa çərçivəyə sığışdırmağa cəhd etdiyini də gördük ki, bu da məncə, heç yaxşı deyildi. Təbrikləri sevirik, ona söz yox, çox sağ olun, amma bunun da bir üslubu, ədəb-ərkanı, səviyyəsi olmalıdı, ya yox?
Bayramlaşma fəslimiz demək olar ki, bitdiyinə görə, deyirəm elə bu son günlərdə başımıza gələnlərdən bəzilərini yada salım. İdman mediasından yazdığım üçün bu sahədəki tədbirlərdən daha çox xəbərim oldu. Məncə, elə məhz idman jurnalistləri üçün hazırlanan tədbirlərdən danışsam, yaxşıdı. Bunların arasında zənnimcə, ən səviyyəli və yaddaqalanı Peşəkar Futbol Liqasının (PFL) tədbiri idi ki, onlar da mənim gözümdə idman mediası ilə səmimi ünsiyyətin təminatçısı olan usta idarəçilərdi.
Eyni zamanda, müxtəlif idman növləri üzrə federasiyalar da medianı özünəməxsus şəkildə saya saldı və təltif etdi.
“Turan-Tovuz” Futbol Klubu (FK) məsələn, maraqlı tədbiri ilə kişi jurnalistləri bir araya topladı. “Kişiyana” tədbirlər ümumiyyətlə, idman mediasını yada salanların böyük qisminin seçimi oldu və bu da zənnimcə, çox zəif yanaşma idi. Futbola kişi işi kimi baxılmasının nəticəsidi, söz yox. Amma bizim yubileyimiz kişilərdən ibarət idman mediasının yibileyi deyildi ki. Niyə bəzi futbol klubları, ictimai birliklər yalnız kişilərə yönəlik tədbirlərini (futbol turnirləri və s.) nəzərdə tutmuşdu? Yaxşı, idmandan yazan xanım jurnalistləri belə ortamlara uyğun hesab eləmirsiziniz, başa düşdük. Heç olmasa, belə kobud çıxmasın, ələ salmayın da xanımları.
Məsələn, “Qarabağ” FK-nun təşkil etdiyi tədbir nə idi, siz Allah? Yaraşdımı sizin adınıza, ədanıza?
Sizin yarışları izləyən nə qədər xanım jurnalist var ki mediada? Barmaqla sayılacaq qədər, elə deyilmi? Kişi jurnalistlər arasında keçirdiyiniz futbol turnirində təsadüfən oraya gələn 2 xanıma “yarış” adıyla top çilədib, hədiyyə vermək nəydi, qardaşlar?
Arada PFL-dən gedin, öyrənin onlardan. Ayıb deyil ki, öyrənmək.
Bayramımız bir daha mübarək olsun.
Buna da şükür.
Zülfiyyə Mustafayeva
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər