Qurban Qurbanov mia.az vasitəsilə jurnalistləri təbrik etdi: “Azərbaycan futbolunun inkişafı üçün sizlər ən böyük güc sahibisiniz” - VİDEO
23-07-2025 [09:10]
Medianın 150 illik yubileyi münasibətilə bir sıra dövlət qurumları, özəl şirkətlər, mədəniyyət xadimləri, ictimai-siyasi fəallar jurnalistəri təbrik edib.
Mia.az xəbər verir ki, idman jurnalistlərini təbrik edənlər arasında “Qarabağ” Futbol Klubunun (FK) baş məşqçisi Qurban Qurbanov da var.
Mia.az-ın əməkdaşının jurnalistlərin Azərbaycan futbolunun inkişafında yerinin və rolunun qiymətləndirilməsinə dair sualına baş məşqçi maraqlı cavab verib:
- Qurban müəllim, böyük bir futbol mövsümü başa çatdı və bu müddət ərzində siz media ilə yaxın münasibət qurdunuz, sizinlə birlikdə stadionlarda və mətbuat konfranslarında olduq. Nəzərə alsaq ki, hazırda media həmçinin 150 illik yubileyini qeyd edir, sizinlə birlikdə olan idman mediasının Azərbaycan futbolunun inkişafında yerini və rolunu Premyer Liqanın çempion olan komandasının baş məşqşisi olaraq necə qiymətləndirərdiniz?
- Əlbəttə, hər bir idman növündə media və idmançılar bir-birini tamamlamalıdı. Bizimçün, yəni mən və futbolçular üçün sizin fikirləriniz, yazılarınız çox önəmlidi. Çox istərdim ki, həm mənimlə sizin aranızda, həm də sizinlə futbolçularım arasında həmişə normal münasibətlər olsun. Çünki bu da inkişafımızın vacib, lazımlı hissəsidi. Mən həmişə mediaya uğurlar arzulamışam. Mediadan narazılığım olmayıb, amma hərdən bu və ya digər məsələlərə dair fikirlərimi bildirmişəm. Məsələn, “bunu deməsəniz, daha yaxşı olardı” kimi (gülür – Z.M.). Amma ümumən, mətbuatdan həmişə razıyam. Hesab edirəm ki, təkcə idman mediası yox, bütövlükdə jurnalistika ölkəmizin, dövlətçiliyimizin vacib hissəsidir. Hələ indiyə qədər media nümayəndələrinin gördüyünü, bildiyini yazmasına və dürüstlüyünə şübhə etməmişəm. Azərbaycan futbolunun inkişafı üçün sizlər ən böyük güc sahibisiniz. Ona görə də futbolçularımıza, futbolumuza, idmanımıza dayaq olun. Biz tərəfdən də nə lazım olsa, sizin yanınızda olmağa hazırıq. Sizin hər birinizə şəxsi həyatınızda, işinizdə, peşənizdə uğurlar arzulayıram.
Zülfiyyə Mustafayeva
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər