QHT.az saytının 10 yaşı tamam olub
11-07-2025 [19:48]
2015-ci ildə yaradılan QHT.az saytının bu gün 10 yaşı tamam olub.
Mia.az xəbər verir ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini işıqlandırmaq məqsədilə ixtisaslaşmış informasiya platforması kimi fəaliyyət göstərən "QHT.az" saytının baş redaktoru Cəsarət Hüseynzadədir.
O, saytın ildönümü ilə bağlı bildirib ki, əsas məqsədi QHT-lərin fəaliyyətini cəmiyyətə daha dolğun və əlçatan şəkildə təqdim etmək, ictimai sektorda baş verən proseslərdə QHT sədrlərinin və nümayəndələrinin fikirlərinə tribuna yaratmaqdan ibarətdir:
"Sayt heç bir qurumun mövqeyini ifadə etmir, tam müstəqil internet portalı olaraq fəaliyyət göstərir. Əsas tərəfdaşlarımız isə elə qeyri-hökumət təşkilatlarının özləridir".
Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan QHT.az bu gün ixtisaslaşmış media subyektləri sırasında özünəməxsus yer tutur və geniş oxucu auditoriyasına malikdir: QHT.az saytı sosial yönümlü və davamlı bir layihədir. Bu davamlılığın arxasında isə bizimlə çiyin-çiyinə addımlayan QHT-lər dayanır. Onların dəstəyi olmadan bu günə gəlib çıxmaq mümkün olmazdı. Əlbəttə, QHT.az-ı daha çoxfunksiyalı və çoxşaxəli media platformasına çevirmək mümkündür, lakin bunun üçün daha geniş resurslara ehtiyac var. Biz isə məhdud imkanlarla maksimum nəticələr əldə etmişik".
C.Hüseynzadə bildirib ki, əlavə edib ki, saytın fəaliyyəti dövründə onlarla yeni yaranan QHT-nin cəmiyyətə tanıdılmasına və fəaliyyətlərinin geniş auditoriyaya çatdırılmasına dəstək verilib: “Bu gün bir çox QHT-lərin uğurlarını görəndə, onların ilk addımlarında bizimlə birgə yol getdiyini xatırlamaq böyük qürur hissi yaradır. QHT.az sadəcə bir media vasitəsi deyil, həm də həmrəylik və inkişaf mərkəzidir.
Bu gün artıq QHT.az ətrafında bir ailə formalaşıb. Onlarla QHT bu platformanı sadəcə xəbər yayım vasitəsi kimi deyil, eyni zamanda öz təşəbbüslərini reallaşdırdıqları bir məkan kimi görür. Bu isə bizim üçün ən böyük uğurdur".
C.Hüseynzadə qeyd edib ki, QHT.az-ın adının müxtəlif yerlərdə çəkildiyini tez-tez eşidir: "İşimizi bəyənərək dəyərləndirən hər kəsə təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasının üzvüdür və 18 yanvar 2023-cü il tarixində Medianın İnkişafı Agentliyi tərəfindən media subyekti kimi media reyestrinə daxil edilib. Sayt fəaliyyəti dövründə bir sıra dövlət və qeyri-dövlət qurumları tərəfindən mükafatlandırılıb.
QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə, həm də “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş bir sıra uğurlu layihələrin müəllifidir.
Mia.az-ın kollektivi həmkarlarımızı təbrik edir!
Yolunuz açıq olsun, dostlar!
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər