"ƏDALƏT"DƏ QALMAQAL: İlyas İsmayılovdan boşalan partiya sədri postuna 4 iddiaçı var - "Partiyanın əmlakını niyə onlara həvalə etməliyəm?"
22-04-2025 [17:40]
"Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra qurultay vasitəsi ilə yeni sədrin seçilməsi nizamnamənin əsas tələblərindən biridir. Biz də qurultayın əleyhinə deyilik. Bununla bağlı müzakirələr gedir, yaxın dövrlərdə qərar qəbul olunacaq. Digərlərindən fərqli olaraq qurultayın keçirilməsi prosedurunu nizamnaməyə uyğun aparırıq. Ona görə də indiyə kimi Ədalət Partiyası Siyasi Şurası və Ali Məclisinin iclaslarının keçirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır. Həmin toplantılar və orada verilən qərarlar legitim deyil".
Mia.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev deyib.
O bildirib ki, nə Siyasi Şuranın, nə də Ali Məclisin iclasına qatılıb: “Partiya sədrinin səlahiyyətlərini mən icra edirəm. Mən və rəhbərlikdə təmsil olunan şəxslərin əksəriyyəti indiyə qədər təşkil olunan iclaslara qatılmamışıq. Bu baxımdan da sosial şəbəkələrdə Mütəllim Rəhimlinin verdiyi açıqlamalar həqiqətə və partiya nizamnaməsinə uyğun deyil. Onun göstərdiyi rəqəmlər saxtadır və o iclaslarda iştirak edənlərin 80 faizinin Ədalət Partiyasının Ali Məclisi ilə heç bir əlaqəsi yoxdur. Burada Ali Məclisin çağrılması prosedurları pozulub. İclası Mütəllim Rəhimli deyil, mən aparmalıyam”.
M.Babayev siyasi təşkilatın rəhbərliyində təmsil olunanların 99 faizinin öz səlahiyyətlərini icra etdiyini vurğulayıb: “Ancaq bir nəfər, yəni, Mütəllim Rəhimli Ədalət Partiyasının strukturlarına alternativ yaratmaqla məşğuldur. Aprelin 19-da keçirilən iclas da nizamnaməyə zidd olduğu üçün onların qurultay qərarları əsassızdır. Mümkün qədər bu qanunsuz hərəkətlərə qarşı çıxmışam və bunun üçün partiya qərargahının giriş kilidini dəyişdirmişəm. Bununla bağlı Mütəllim Rəhimli məndən polisə şikayət etmişdi. Polisə getdim, aydınlıq gətirdim və məsələ öz həllini tapdı. Çünki mən partiyanın səlahiyyətlərini icra edən şəxs kimi orada olan hər şeyə cavabdehəm. Mütəllim Rəhimli pozuculuqla məşğul olduğu halda, partiyanın əmlakını niyə onlara həvalə etməliyəm? Orada hansısa sənədlər, material yoxa çıxsa kim məsuliyyət daşıyacaq? Ona görə də qərargahı bağlı saxlayıram”.
Qeyd edək ki, Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 1996-cı il martın 30-da keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar iclas keçirərək birləşiblər. 1996-cı ildən isə İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri olub. 2001-ci ildə Ədalət Partiyası ADP-dən ayrılmaqla bərpa qurultayı ilə partiyanı yenidən təsis edib. 2001-2025-ci illlərdə Ədalət Partiyasına İ.İsmayılov sədrlik edib.
İ.İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib.
Hazırda siyasi təşkilatın rəhbəri vəzifəsi boşdur. Partiya qurultay keçirib yeni sədr seçməlidir. Amma bu məsələ Ədalətdə ciddi fikir ayrılığı və qarşıdurma yaradıb.
Partiyanın sədr müavini Mütəllim Rəhimli qurultayın keçirilməsini istəyir, Ali Məclisin sədri Meydan Babayev buna qarşı çıxır. Tərəflər bir-birlərinin qərarlarını tanımır.
İndiyədək dörd nəfər - Mütəllim Rəhimli, Meydan Babayev, Vüsalə Dadaşova və Elçin Qurbanov sədrlik iddiasını açıqlayıb.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb