"Rusiya İranı məhvə aparır” - “Batırıq. Amerika ilə anlaşmasaq” (TƏHLİL)
14-03-2025 [17:25]
Türkiyə–İran münasibətlərinin kökləri min illərə söykənir. XVI əsrdən sünni Osmanlı imperiyası ilə şiə Səfəvi imperiyası arasında yüz illərlə davam edən müharibələr olub. Hazırda bu iki ölkə Suriya, Liviya və Cənubi Qafqazda nüfuz savaşı aparır. Bu savaş əsasən vəkil güclər üzərindən həyata keçirilir. Amansız rəqabət gedir. Ancaq bu iki ölkənin eyni cəbhədə yer aldığı məsələlər də var. Məsələn, hər iki ölkə kürd separatizminə qarşı eyni səngərdədir. Qətərlə bağlı diplomatik böhran zamanı da bu iki ölkə bir yerdə olub.
Yaşadığımız günlərdə də bu iki ölkə müxtəlif cinahlarda yer alır. İran Rusiya-Çin və Şimali Koreya ilə ittifaqdadır. Türkiyənin xarici siyasəti isə daha çox Qərbəyönümlüdür. Ancaq Türkiyə Rusiya və Çinlə də yaxın münasibətdədir.
O da maraqlıdır ki, İranda da Qərbə meyl getdikcə güclənir. Ancaq bu meylin qarşısına Çin səddi çəkənlər də var. Söhbət İranda mühafizəkarlarla islahatçılar arasındakı siyasi mübarizədən gedir.
Mühafizəkarlar İran parlamentində çoxluq təşkil edir. Üstəlik, ali lideri Əli Xamenei mühafizəkarların başda dayanıb. İslahatçılara isə türk amilinə söykənərək prezident seçilən Məsud Pezeşkian rəhbərlik edir. Etiraf olunur ki, parlamentin iclasında iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Həmmatinin impiçmentindən sonra strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefası islahatçılara ciddi zərbə oldu.
Qeyd edək ki, Məhəmməd Cavad Zərifi 5+1 formatında 2015-ci ildə nüvə sazişinin imzalanmasında müstəsna rol oynayıb. İndi də o, Qərblə danışıqların davam etdirilməsinin tərəfdarı kimi çıxış edir.
Ancaq ölkənin ali lideri Əli Xamenei başda olmaqla, mühafizəkarlar əmindirlər ki, hazırkı şəraitdə danışıqlar prosesi mümkün deyil.
Məsud Pezeşkian və Cavad Zərifin mənsub olduqları islahatçılar isə Vaşinqtonla dialoqu zəruri sayırlar.
"Mən düşünürdüm ki, amerikalılarla dialoqa girmək daha yaxşı olardı, lakin ali lider dedi ki, biz ABŞ ilə danışmayacağıq", - deyən İran prezidenti ciddi təzyiqlərdən sonra öz fikrindən daşındığını bildirdi. Özündən əvvəlki islahatçı prezidentlər kimi o da mühafizəkar dairələrlə münasibətləri gərginləşdirməkdən çəkindi.
Bir önəmli məqamı da qeyd edək: Mühafizəkarlarla islahatçıların savaşının gücləndiyi bir vaxtda İranda artan iqtisadi çətinliklərdən dolayı əhalinin narazılığı getdikcə daha böyük miqyas alır.
2024-cü ilin sentyabrından milli valyuta dəyərinin 50%-dən çoxunu itirib. Yerli valyuta olan rialın çökməsi, davam edən yüksək inflyasiya əhalini müflis edib. Vəziyyət son dərəcə pisdir. Bu tərəfdən də D. Trampın “maksimum təzyiq” düşüncəsi ilə sanksiyaları sərtləşdirməsi potensial olaraq İranda sosial etirazlara, hətta partlayışa gətirib çıxara bilər. İsrail də bu tərəfdən D.Trampın dəstəyinə söykənərək İranın nüvə obyektlərini sıradan çıxarmaq üçün hərəkətə keçib. Təl-Əviv açıq şəkildə İrana qarşı hərbi əməliyyat keçirəcəyini bildirir.
Qərb mənbələri deyir ki, islahatçılar Qərbə meylli olduqları qədər də Rusiyaya qarşı çıxırlar. Rusiya-Ukrayna müharibəsində İranın rəsmi Moskvaya dəstək verməsi də islahatçıların ürəyincə deyil.
Məhəmməd Cavad Zərifin məhz bu amilə görə istefaya getdiyi bildirilir. D.Trampın iqtidara gəlişindən cəmi 3 gün qabaq İran ilə Rusiya arasında “strateji ittifaq müqaviləsi” bağlanıb. Müqaviləyə əsasən İran Rusiyaya hərbi dəstək verməlidir, dronlar və ballistik raketlər göndərməlidir. Aydındır ki, Rusiya bu silahlardan Ukrayna müharibəsində istifadə edir. Əvəzində isə Rusiya İrana bu ölkənin nüvə proqramının inkişafında yardımçı olmalıdır. Hər iki ölkə Qərbin sanksiyalarına məruz qaldıqlarına görə bu sanksiyalardan yayınmaq üçün birgə səy göstərirlər.
Rusiya ilə ittifaqın İran iqtisadiyyatına ölümcül zərbə vurması birmənalıdır. 2018-ci ildə D.Tramp ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan etdikdən sonra rial dəyərinin 95 faizini itirdi. İranda bir çoxları deyir ki, Rusiya ilə yaxınlıq İranı məhvə aparır. Proseslər teokratik rejimin çökməsinə gətirib çıxaracaq.
“Bu gün Rusiya heç bir sahədə başqa dünya gücləri ilə rəqabət apara bilməz. Rusiyanın Ukraynaya hücumunun səbəbi başqa güclərin onunla danışıqlar aparmasını istəməsi olub”, - deyə cənab Zərif son müsahibəsində bildirib. O, İran rejiminin bir çox yüksək vəzifəli şəxslərinin hələ də Soyuq Müharibə zehniyyətinə malik olduğunu və Rusiyanı fövqəldövlət hesab etməkdə davam etdiyini bildirib. Cənab Zərif deyib ki, bu, son nəticədə rejimin məhvinə gətirib çıxara biləcək “yanlış təsəvvürdür”.
"Bu gün ölkələr arasında daimi ittifaq yoxdur. Əvəzində ölkələr müvəqqəti koalisiyalarla üstünlük verirlər. Daimi ittifaqlar bir tələdir”.
Məhəmməd Cavad Zərif bundan əvvəl də İran rejimini Rusiyaya az bələd olmaqda suçlamışdı.
Cənab Zərifin açıq-saçıq şərhləri Kremli qəzəbləndirdi. Onun Ayətullah Xameneinin şəxsi göstərişi ilə işdən çıxarılması Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə etmək üçün ötən ayın sonunda cənab Pezeşkianla danışıqlar aparmaq üçün Tehrana səfərindən qısa müddət sonra baş verdi.
İran rejiminin sərt xətt tərəfdarlarının başçısı Ayətullah Xamenei Moskva ilə daha sıx əlaqələri həvəslə dəstəkləyərək, İranın “diqqətinin Şərqə yönəldilməli olduğunu” vurğuladı.
Amma Ayətullah Xameneinin Rusiyayönümlü siyasəti kəskin tənqidlərə səbəb oldu və bu həftə rejimə bağlı nəşrlərdən birində dərc olunmuş redaktor məqaləsində belə yer var: “Başqa ölkələrlə olan razılaşmalarına, müqavilələrinə və digər sazişlərinə əməl etmədiyini praktikada sübuta yetirən Rusiya ilə belə bir müqavilənin imzalanması praqmatik yox, daha çox dekorativ xarakter daşıyır”.
İslahat tərəfdarı olan “Ham-Mihan” qəzetinin gedən məqalədə isə belə bir sual qoyulur: “Ukraynanı işğal etməklə bizi də çirkin oyuna soxan Rusiya Suriyada hər şeyi Amerika və İsrailə buraxdı. İndi həmin Rusiya Vaşinqton, Təl-Əviv və Ankara ilə sövdələşir. Bizi isə bu ölkələrlə qarşı-qarşıya qoyur. Belə bir Rusiya İranın regionda və dünyada strateji tərəfdaşı ola bilərmi?”
Bu arada isə İran rejiminə beynəlxalq təzyiqlər artır. Hizbullah və HƏMAS kimi islamçı terror qruplaşmalarına davamlı dəstəyi İranı dalana dirəyib. Qərb kəşfiyyatının son hesablamalarına görə, Tehran 2012-ci ildən bu yana çoxsaylı terror təşkilatlarını maliyyələşdirmək üçün təxminən 17 milyard dollar xərcləyib.
Nə qədər ki, Ayətullah Xamenei hakimiyyətdədir İran Yaxın Şərqdəki terrorçu vəkil gücləri dəstəkləməyə davam edəcək. Məlumatlara görə, rejim Livandakı son döyüşlər zamanı zərər çəkmiş ailələrə təqribən 12 min dollar təzminat ödəməyi təklif edib.
İrandakı iqtisadi vəziyyəti yaxşılaşdırmağın yeganə yolu ABŞ-la münasibətləri yaxşılaşdırmaqdan keçir. Məşhur iranlı iqtisadçı xəbərdarlığı edir: “Amerikalılarla məhsuldar danışıqlar yolu ilə İrana qarşı sanksiyaları yumşaltmadan inflyasiyanın azaldılması mümkünsüz görünür”.
86 yaşlı Ayətullah Xamenei isə Tramp administrasiyası ilə danışıqların yenidən başlaması ideyasını rədd edir.
İranın ABŞ ilə danışıqları bərpa etməkdən imtina etməsi Tramp administrasiyasının İranın milli neft şirkətləri və şəxslərini hədəf alan yeni sanksiyalarına yol açıb.
ABŞ Maliyyə Naziri Scott Bessent bildirib ki, İran neft satışını asanlaşdırmaq və sabitliyi pozan fəaliyyətini maliyyələşdirmək üçün bəlli şəbəkədən istifadə edir: "Birləşmiş Ştatlar İranın neft tədarük zəncirinin bütün aspektlərini hədəf almaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcək və İran nefti ilə məşğul olan hər kəs özünü ciddi sanksiya riskinə məruz qoyacaq”.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO