Hacı İbrahimin yarıçılpaq qızları (FOTOLAR)

img

05-08-2014 [16:35]



Cəbhədə həyatlarını qurban vermiş əsgərlərimizə bütün Azərbaycan yas tutur. Onlar öz həyatlarını sizin və bizim azadlığımız uğrunda qurban veriblər. Ancaq qəhrəman əsgərlərimiz düşmən cəngində olan Ağdamdakı tranşeylərdə və səngərlərdə qan tökəndə, məscidlərdə həyatlarını vaxtsız itirmiş oğullara yas tutulanda Hacı İbrahim tipli kredit Bakı oliqarxları kapitalın insani dəyərlər üzərində qələbəsini simvolizə edən əyləncəli axşam təşkil etmişdilər.

Neft qandan üstündür. İndiki oliqarxik elitanın qanının rəngi də neft rəngidir. Sınıq-salxaq ucqarlardan çıxan, asan pullar axtarışında olan Hacı İbrahim Nehrəmli avqustun 1-də, əsgərlərimizin Qarabağ uğurunda canlarından, qanlarından keçdiyi həmin dəqiqələrdə özünün "Khazar İslands”dakı "Stringray” klub-restoranının dəbdəbəli açılışını keçirirdi.

Qonaqları elektron musiqi ulduzları və yarıçılpaq qızlardan ibarət rəqs qrupları əyləndirirdi.

Hacı-şou sosial şəbəkələrdə güclü narazılığa səbəb oldu. Bir çox İnstagram istifadəçiləri həmin əyləncə axşamının təşkilatçılarından bu suala ağlabatan cavab almaq istəyirdilər-vəba dövründə pir əxlaqı ilə necə razılaşırsınız? Axı hətta həmin gün Bakıya gələn bəzi xarici pop-qruplar erməni hücumunun qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq öz konsertlərini təxirə saldılar. Lakin Hacının əyləncə axşamının təşkilatçılarından biri halını pozumurdu-axı hökumət rəsmən matəm elan etməyib?!

Deməli əylənmək olar. Hacı müsəlman titulu daşıyan adamdır, ancaq həmin gün axşam bütün Azərbaycan "ölüm, ya qalım” barədə düşünəndə o, yarıçılpaq qızlarla əylənirdi.

Baxın, Hacı vəba dövründə necə pir təşkil edib. Əsl vakxanaliyadır:.(virtualaz.org)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA