"Ay Ayrım qızı, gör erməni necə qaçır” - döyüş bölgəsindən yeni xəbər (FOTO)

img

03-08-2014 [15:02]


Jurnalistlərin ordunun təmas xəttində baş verən gərgin vəziyyəti ilə əlaqədar cəbhə bölgələrinə səfəri davam edir. 

Cəbhə bölgəsində yerləşən Məzəm kəndi də atışmalara məruz qalıb. Lakin kənd sakinləri bu vəziyyətdən qorxmadıqlarını və Azərbaycan ordusuna inandıqlarını vurğulayıblar. Kəndin 60 yaşlı sakini Süleyman Süleymanov heç bir qüvvənin onu doğma kəndindən çıxara bilməyəcəyini vurğulayıb.

Kənd sakini son vəziyyətlə bağlı fikirlərini bu cür bölüşüb:

"Mən illərdir, bu kənddə yaşayıram. Atışma olsa da, əsgərlərimiz necə lazımdır cavablarını verirlər . Mənim evim hündürdə yerleşir ve baxanda qarşı tərəfi  görmək olur. Atışma zamanı gördüyüm mənzərə ürəyimi dağa döndərdi. Əsgərlərimizin açdığı atəş nəticəsində ermənilər qarışqa kimi qaçırdılar. Mən də yoldaşımı çağırıb dedim ki, ay Ayrım qızı, gör erməni necə qaçır”.

qafqazinfo


Şərh Yaz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA