"Çirkin kampaniyaya ilk növbədə YAP cavab verməlidir" - Deputatlar bir cür, partiya lideri isə fərqli mövqe ortaya qoydu
12-02-2025 [09:48]
Rusiya ilə Azərbaycan arasında soyuq küləklər əsir. İş o yerə çatıb ki, Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyev sərsəmləyib. Rəsmi Bkaı isə onun Azərbaycana girişinə qadağa qoyulması ilə yanaşı, Bakıda Rus evinin qapadılmasına qərar verib.
Mia.az-ın məlumatına görə, XİN-in rəsmi Ayxan Hacızadə bildirib ki, Nikolay Valuyevin Azərbaycan dövləti və xalqının əleyhinə işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirlər tamamilə qəbuledilməzdir. Qeyd edilən deputatın Azərbaycan əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və ölkəyə girişinə qadağa qoyulub.
A.Hacızadə diqqətə çatdırıb ki, Azərbaycana qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir: “Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq”.
Maraqlıdır ki, bu qalmaqallara iqtidardakı partoya - YAP hələ də vahid mövqeyini açıqlamayıb. Yalnız ayrı-ayrı fərdlər məsələ ilə bağlı açıqlamalar veriblər.
Mia.az-ın məlumatına görə, bu və ya digər məqamlarla bağlı YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici, millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Milli Məclisdə parlamentlərarası işçi qrupları mövcuddur və onlar çox səmərəli fəaliyyət göstərirlər: "Rusiyada da Azərbaycanla parlamentlərarası işçi qrupu var. Hazırkı mərhələdə heç şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında yaradılmağa cəhd göstərilən bu süni gərginliklə bağlı müəyyən parlamentarilərimiz öz fikirlərini səsləndidirlər, etiraz edirlər. Təəssüf ki, Rusiyada buna məhəl qoymayan deputatlar var. Azərbaycan parlamentariləri də buna çox qətiyyətli cavablar verirlər. Əgər belə davam edərsə, Milli Məclisdəki Rusiya ilə parlamentlərarası işçi qrupu da bəyanat yaya bilər. Ona görə düşünürəm ki, qarşılıqlı münasibətlərdə Azərbaycan tərəfinin mövqeyi daha da gərginlik yaratmaq deyil, sadəcə, Rusiya tərəfindən yaradılan problem dostcasına həll etməkdən ibarətdir. Hazırkı mərhələdə Rusiyanın ali siyasi dairələrinin cavabını gözləmək lazımdır. Əgər yenidən Azərbaycana qarşı amiranə tərz davam edəcəksə, yenidən Azərbaycana qarşı dezinformasiya müharibəsi davam edəcəksə əlbəttə Azərbaycan tərəfdən növbəti addımlar atıla bilər. Biz cəbbəxanamızın hamısını birdən-birə boşalda bilmərik. Məsələ ilə bağlı lazımi məqam çatanda İşçi qrupunun da, siyasi partiyaların da ayrılıqda və ya birlikdə mövqeyi ola bilər".
Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov isə dedi ki, Rusiya-Azərbaycan arasında münasibətlərdə gərginliyin məsuliyyəti qarşı tərəfin üzərinə düşür: “Rusiya mediasında, telekanallarında gecə-gündüz dövlətimiz, xalqımız əleyhinə dezinformasiyalar yayılır. Bir çox hallarda Azərbaycana qarşı təhqirlərə yol verilir. Ən acınacaqlı odur ki, bu ritorikanı daha çox Dövlət Dumasının deputatları sərgiləyirlər. Daha dəhşətlisi odur ki, bunu hakim "Vahid Rusiya"nın deputatları söyləyirlər. Məsələn, Valuyev onların içərisində seçilənlərdəndir. Görünür, boksçu karyerasında Valuyevin başına o qədər zərbələr dəyib ki, zədə alıb və bir çox hallarda nə danışdığını bilmir. Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr bağışlanmazdır. Azərbaycan XİN haqlı olaraq Valuyevi arzuolunmaz şəxs siyahısına daxil edib. “Vahid Rusiya” Partiyasının digər deputatları da Azərbaycana və azərbaycanlılara qarşı bağışlanmaz mövqe nümayiş etdirirlər, təhdid dili ilə danışırlar. Əvvəllər də buna oxşar hadisələr olub. O zaman da Azərbaycan Milli Məclisinin deputatları, Yeni Azərbaycan Partiyasının nümayəndələri də parlament tribunasından haqsızlığa qarşı öz səsini ucaldıb, mediada mövqelərini ifadə eləyib. Bu gün də biz mövqeyimizi bu şəkildə ifadə edirik. Rusiya tərəfinin ikitərəfli münasibətlərə xələl gətirən davranışına qiymət veririk, bunların qəbuledilməz olduğunu söyləyirik. Milli Məclis adından Dövlət Dumasına məktubun göndərilməsi isə Milli Məclis rəhbərliyinin səlahiyyətində olan məsələdir. Etiraz məktubunu göndərmək qərarını Milli Məclisin rəhbərliyi verə bilər. Biz deputatlar öz tənqidi mövqeyimizi bildiririk, qarşı tərəfi ikitərəfli münasibətləri ciddi zərbə vuran davranışdan çəkinməyə dəvət edirik. Dumaya etiraz məktubunun göndərilməsi müzakirə predmeti ola bilər".
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Rusiyadan Azərbaycana qarşı çirkin kampaniyaya ilk növbədə hakimiyyətdə olan YAP cavab verməlidir: “Burada bir neçə məqam var. Biri ondan ibarətdir ki, ola bilsin, Yeni Azərbaycan Partiyası hesab edir dövlətin müvafiq qurumları, Milli Məclisin üzvləri səviyyəsində Rusiyanın məlum siyasətinə münasibət bildirilir, reaksiya verilir, onların əksəriyyəti YAP-ın üzvləridir, ona görə partiya olaraq mövqe ortaya qoymağa lüzum yoxdur. Ola bilsin, düşünürlər ki, verilən reaksiyalar elə həm də YAP-ın reaksiyası sayılır. Yeni Azərbaycan Partiyasının partiya olaraq məsələyə münasibət bildirməməsində ola bilər ki, bu arqument rol oynayır. Digər məqam odur ki, Azərbaycana qarşı Rusiyada aparılan kampaniyada əsasən Dumanın deputatları iştirak edir və onlar partiya adından çıxış etmirlər. Yəni hakim "Vahid Rusiya" partiya olaraq Azərbaycana qarşı açıqlama, bəyanat verməyib. Ola bilər ki, buna görə YAP da bunu nəzərə alaraq partiya olaraq etiraz bəyanatı, yaxud məktubu ünvanlamır. Amma istənilən halda, YAP bu məsələyə bildirməlidir. Eyni zamanda digər siyasi partiyalar da münasibət bildirməlidir. Azərbaycana qarşı qərəzli mövqelərə cavab olaraq ortaya mövqe qoyulmalıdır".
MİA.AZ
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır