SABİQ NAZİRİN QAYNI HAQDA ŞOK FAKTLAR YAYILDI - Rusiya vətəndaşı ola-ola... (FOTOLAR)
11-02-2025 [13:25]
Rusiyanın “Rossotrudniçestvo” təşkilatının fəaliyyəti dayandırıldıqdan və qurum Üzeyir Hacıbəyli küçəsində yerləşən ofisdən çıxdıqdan sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynı olan iş adamı Elçin Həsənovun əl-ayağa düşərək “Russkiy dom” üçün yeni ofis axtarışına çıxdığı barədə xəbər vermişdik.
Bununla yanaşı, onun da üzv olduğu və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi Rusiyanın Azərbaycandakı şəbəkəsi barədə də ötən gün “Qafqazinfo”da məlumat paylaşılıb.
Düzdür, Ramiz Mehdiyev və keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bu məlumatı təkzib etməyə çalışıblar. Amma onların arqumentsiz açıqlamaları çətin ki, ictimai rəydə dönüş yarada bilə.
Dünən material dərc olunduqdan sonra “Qafqazinfo”ya Elçin Həsənovun fəaliyyəti ilə bağlı müxtəlif mənbələrdən yeni məlumatlar daxil olmaqdadır. Onları ümumiləşdirdikdən sonra gəldiyimiz qənaət belə oldu ki, E.Həsənov və onun mənsub olduğu şəbəkə Rusiyanın Azərbaycanda mövqelərinin möhkəmlənməsi üçün əllərindən gələni edirlər.
İlk növbədə onu qeyd edək ki, Elçin Həsənov Rusiya vətəndaşıdır, uzun müddət orada yaşayıb və mebel istehsalı ilə məşğul olan “Альтернатива” şirkətində işləyib. Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin olunandan sonra, o, Bakıya gəlib. Sabiq nazir qohumunu rəhbərlik etdiyi qurumun işlərinə cəlb edib. İş o yerə çatıb ki, 2015-ci ildə E.Həsənov nazirliyin tabeliyində olan Su idman sarayının direktoru da təyin olunub. Özü də Rusiya vətəndaşı ola-ola.
Bundan başqa, E.Əhmədov A.Rəhimovun müxtəlif tapşırıqlarını icra etməyə başlayıb və nazirlikdə kadr təyinatlarında söz sahibinə çevrilib. O, həyat yoldaşının adına yaratdığı şirkət vasitəsilə Gənclər və İdman Nazirliyinin balansında olan və Heydər Əliyev prospektində yerləşən binaları müxtəlif şirkətlərə yüksək məbləğlərlə icarəyə verib.
Fotoda: Heydər Əliyev prospektindəki binalar
.jpg)
Əldə olunan vəsaitlər isə E.Həsənov vasitəsilə Rusiyaya çıxarılıb və orada çoxsaylı daşınmaz əmlak alınıb. Məsələn, Moskvada Rublyovskoye şosse 97 saylı, İstrinskaya küçəsi 3 saylı və digər binalarda E.Həsənova məxsus çoxlu sayda mənzil var.
Fotoda: Moskva, Rublyovskoye şosse, 97 saylı bina
.jpg)
Fotoda: Moskva şəhəri, İstrinskaya küçəsi, 3 saylı bina
.jpg)
E.Həsənov təkcə Moskvada və Rusiyanın digər şəhərlərində deyil, həmçinin Bakıda da daşınmaz əmlaklar əldə edib, biznes qurub. Məsələn, Babək prospektində yerləşən “Sun Cars” avtosalonunun ona məxsus olduğu bildirilir.
.jpg)
Yenidən şəbəkə məsələsinə qayıdaraq qeyd edək ki, Rusiya xüsusi xidmət orqanları ilə yaxın olan yüksəkçinli məmurlar hələ də var. Onların sifarişləri ilə bəzi layihələr həyata keçirilir, hesabatlar hazırlanır, ictimaiyyətə yalan və bəzən də şişirdilmiş məlumatlar verilir. Təbii ki, bunların da ifşa olunmasına çox qalmayıb.
Mövzu ətrafında araşdırmalarımız davam edir(Qafqazinfo).
MİA.AZ
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb