Separatçıların qətl etdiyi həmyerlimiz Kiyevdə dəfn olundu – FOTO

img

01-08-2014 [22:51]


Ukraynada separatçıların qətlə yetirdiyi həmyerlimiz haqda yeni xəbər var.

 Kiyevdə yaşayan həmyerlimiz Yalçın Qəhrəmanoğlunun Mia.az-a verdiyi məlumata görə, 1964-cü ildə Beyləqan rayonunun Daşburun qəsəbəsində anadan olan Ukraynada yaşayan Yolçu Əfi oğlu Əliyev Luqansk uğrunda gedən döyüşlərdə həlak olub: «O, könüllü yazıldığı "Aydar" Ukrayna hərbi birləşməsinin tərkibində döyüşərkən 27 iyul tarixində separatçılar tərəfindən həlak edilib. Hadisə Ukrayna ordusunun ağır texnikasını ön cəbhəyə keçməsinə şarait yaratmaq və blokpostu tutmaq cəhdi zamanı baş verib. O, vətəndaşı olduğu Ukrayna dövlətinin ərazi bütövlüyü və müstəqilliyinin qorunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Onun daxil olduğu hərbi xüsusi dəstənin 15 döyüşcüsündən yalnız 4 nəfəri sab qalıb. Yolçu Əliyev bu gün Kiyev şəhərində dəfn olunub».

 Məlumata görə, dəfn mərasimində Ukraynanın rəsmi nümayəndələri ilə yanaşı, bu ölkədə yaşayan ictimai fəal azərbaycanlılar, hətta bir sıra azərbaycanlı din adamları da iştirak edib: «myerlimizin milli adətnənələrimizə uyğun dəfni təşkil edildi...».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA