Nazir oğlu Anar Məmmədov Hafkanın ofisini ələ keçirdi – Gərginlik

img

30-07-2014 [23:07]


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla iş adamı, "Hafka” ləqəbli Hafiz Məmmədov arasında münasibətləri gərginləşdirəcək daha bir hadisə yaşanıb.

Axar.az xəbər verir ki, "Bank of Azerbaijan”ın baş ofisi Hafkaya məxsus "Bağlan Qrup” holdinqin Həsən Əliyev küçəsində yerləşən binasına köçüb.
Qeyd edək ki, buna qədər bankın baş ofisi şəhərin mərkəzində - H.Sarabski-657 ünvanında (Nəsimi Prokurorluğunun yaxınlığı) yerləşirdi.
Artıq bank Həsən Əliyev küçəsində yerləşən holdinqin binasında fəaliyyətini davam etdirəcək. İddia olunur ki, nazir oğlu ilə iş adamı arasında konflikt daha da dərinləşib və Anar Məmmədov "Bağlan Qrup”un Bakıdakı baş ofisinə sahiblənib.
Xatırladaq ki, A.Məmmədovla Hafkanın bir çox sahələrdə şərikli biznesləri vardı. Ancaq son vaxtlar şəriklərin münasibətlərinin gərginləşdiyi bildirilir; əvvəlcə bankı Hafkanın əlindən aldılar, daha sonra "Topaz” bukmeyker kontorlarında şərikli biznesə son qoyuldu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA