Mərkəzi Bankla "Socar Midstream Operations" şirkəti aarsında - Qalmaqal

img

22-01-2025 [09:16]


Səbail Rayon Məhkəməsində "Socar Midstream Operations" MMC barəsində tərtib olunan protokola növbəti dəfə yanvarın 31-də baxılacaq.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, iclasa sədrliyi hakim Azər Tağıyev edəcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd edək ki, 2014-cü ildə yaradılan və nizamnamə kapitalı 59 501 000 AZN olan MMC-nin qanuni təmsilçisi Fərhan Çingiz oğlu Əliyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR