Hakan Fidan: "İsrail atəşkəsə tam əməl etmir"

img

22-01-2025 [00:17]


"Qəzzada yanvarın 19-da əldə olunan atəşkəsin daimiliyi, orada girov götürülən 2 milyon fələstinlinin həyata bağlanması vacibdir. Lakin regional sabitliyin davamı üçün Livanda yaşananlardan da görürük ki, İsrail atəşkəsə sözün əsl mənasında tam əməl etmir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici işlər naziri Hakan Fidan Türkiyə-İsveç Təhlükəsizlik Mexanizmi görüşündən sonra İsveç xarici işlər naziri Maria Malmer Stenergard və İsveçin ədliyyə naziri Qunnar Strömmer ilə birgə mətbuat konfransında deyib.

Türkiyəli nazir əklavə edib ki, yenidən aktiv müharibənn olmayacağına ümid edir: "İnşallah, yeni münaqişə olmayacaq. Hər kəs bilir ki, keçən həftəyə qədər Qəzzada atəşkəs üçün intensiv çalışdıq. Bundan sonra orada bərpa işlərini davam etdirmək istəyirik. Ona görə də atəşkəsin davam etməsi mütləqdir..."

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR