"Abzas Media" işi: Fərid İsmayılov saxlanılıb

img

17-01-2025 [16:42]


"Abzas Media" işə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov saxlanılıb.

Mia.az  Report-a istinadla xəbər verir ki, Fərid İsmayılov hazırda barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə aparılır.

İstintaq orqanı Fərid İsmayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verib.

Qeyd edək ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Akif Qurbanova, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 17.01.2025

Sabah yağış yağacaq