İcra başçısından şok addım - İH-nin binasındakı otaqları icarəyə veriblər

img

17-01-2025 [13:07]


Gəncə Şəhər İcra Hakimiyyəti inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu üçün icarəyə xidməti otaqlar verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra hakimiyyəti ilə institut arasında razılıq əldə olunub və müqavilə bağlanılıb.

Müqaviləyə əsasən, icra tərəfindən “Azərdövlətlayihə”yə ayrılan xidməti otaqların bir illik icarə haqqı üçün ödəniş məbləği 8400 manat təsdiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 17.01.2025

Sabah yağış yağacaq