Kür çayına 10 min balıq körpəsi buraxılıb

img

17-01-2025 [15:09]


Kür çayına 10 min balıq körpəsi buraxılıb.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev məlumat verib.

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, yerli ekologiya idarələrinin əməkdaşlarının və rayon ictimaiyyətinin iştirakı ilə 10 min ədəd çəkikimi balıq körpəsi Tovuz rayonu ərazisindən Kür çayının mənsəbinə buraxılıb.

Qeyd olunub ki, məqsəd biomüxtəlifliyin mühafizəsinə, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə verməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 17.01.2025

Sabah yağış yağacaq