25-07-2014 [20:27]
Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyevə qarşı xüsusi ittiham qaydasında (Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə) verilmiş şikayəti icraata qəbul etməkdən imtina edib.
Bu barədə Mia.az-a verilən məlumata görə, hakim Vaqif Mursaqulov Xətai rayon Məhkəməsinin qərarını qüvvədə saxlamaqla, Şəmsəddin Hacıyevin sabiq müşaviri, iqtisad elmləri doktoru, universitetdə kibernetika elminin yaradıcısı Bədirxan Musayevin Ali Məhkəməyə və ölkə prezidentinə müraciət etməsinə zəmin yaradıb.
Mia.az-a verilən məlumata görə, iddiaçı Bədirxan Musayev prezidentə müraciətində hakim Vaqif Mursaqulovun belə bir qərar verməsində Şəmsəddin Hacıyevlə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin təzyiqinin əsas rol oynadığını bildirib: «Şəmsəddin Hacıyev İman Nağıyevi pulunun və mandatının gücü ilə tam təsiri altına alıb. İş o yerə çatıb ki, Şəmsəddin Hacıyev «Qafqazinfo» saytında məni ən ağır cinayətdə - Vətənə xəyanətdə ittiham edib və bunu da "Yeni Müsavat” başda olmaqla, bir neçə mətbu orqan da tirajlayıb. Şəmsəddin Hacıyev həmin məqalədə deyib ki, «Mən, Bədirxan Musayevə Vətən xaini damğası vuraraq universitetdən qovmuşam». Onun bu və ya digər böhtan və cinayət tərkibli açıqlamalarını sübut etmək üçün barəmdə verdiyi əsassız əmrləri də məhkəməyə təqdim etmişəm. O əmrlərdə işdən azad olunmağım səhhətimlə əlaqələndirilib. Halbuki, bunun özü də tamamilə əsassız verilmiş əmr olub».
Professor deyir ki, Şəmsəddin Hacıyevin ölkə prezidentinin və məhkəmələrin səlahiyyətini mənimsəyərək, onu Vətən xainliyində ittiham etməsi haqda məhkəməyə müraciət etsə də, hakimlər qeyri-qanuni olaraq şikayətə baxmaqdan imtina edirlər: «Xətai rayon Məhkəməsinin hakimi İbrahim İbrahimli hətta açıq şəkildə protokolu saxtalaşdıraq, demədiyim sözləri oraya yazıb. Sonra isə tamamilə əsassız şəkildə iddia ərizəmi icraata qəbul etməkdən imtina edən qərar verib. Vaqif Mursaqulov isə Şəmsəddin Hacıyevin satın aldığı İman Nağıyevin tapşırığı ilə İbrahim İbrahimlinin məhkəmə tarixinə qara ləkə kimi düşəcək qərarını qüvvədə saxlayıb».
Professor onu da deyib ki, bu şikayəti ilə bağlı ümumilikdə 8 iclas keçirilib: "Və bunların hər birindən də Şəmsəddin Hacıyev qaçıb. O, heç bir prosesə gəlməyib. Bu da onu təsdiq edir ki, mənə böhtan atmaqla, cinayətə yol verdiyinin fərqindədir. Lakin pulunun və deputat mandatının gücü ilə hələki mühakimə olunmaqdan qaça bilir. Amma mən bunu belə qoyan deyiləm. Bununla bağlı Ali Məhkəməyə müraciət edəcəm. Doğdudur, bilirəm, Ali Məhkəmədə də deputat və milyarder olduğundan onu qorumağa çalışacaqlar. Ancaq inanıram ki, Avropa Məhkəməsində Şəmsəddinin nə pulu, nə də mandatı belə at oynada bilməyəcək".
Bədirxan Musayev işin Avropa Məhkəməsinə daşınmasında maraqlı olmadığını da deyib. Amma buna məcbur olduğunu bildirir: "Bəli, Azərbaycanda pulun və mandatın qarşısında duruş gətirə bilməyən hakimlər və məmurlar məni buna məcbur edir. Ona görə də, möhtərəm cənab prezidentimizə üz tutub, başıma açılan qanunsuzluqlara müdaxilə etməsini rica edirəm".
Sonda isə professor ölkə prezidenti İlham Əliyevdən həmin hakimlərin barəsində tədbir görülməsini xahiş edib.
Açıqlama ilə bağlı qarşı tərəfin fikirlərini də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi