Şöbə müdirinin vəkili məhkəmədə şok ididalar səsləndirdi: "İlqar Qasımov səhiyyə nazirinin müavini ola-ola hələ də..." - "Onun xidməti maşını hər həftə..."
13-12-2024 [12:46]
Dünən Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Bakipost.az-a istinadla xəbər verir ki, Ş.Şahbazov məhkəmə iddiasında işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib.
O, məhkəməyə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə bağlı bir sıra qanunazidd faktlar təqdim edib və onların nəzərə alınaraq, işin prokurorluğa göndərilməsini xahiş edib.
Hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ş.Şahbazovun vəkili Asim Abbasov bir sıra ciddi ittihamlar irəli sürüb.
O, hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəm olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edib.
Vəkil Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sistematik şəkildə yeyintilərin olduğunu bildirib:
"İlqar Qasımov nazir müavini ola-ola hələ də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunu nəzarətdə saxlayır. Onun xidməti avtomobili hər həftə həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həyətində olur. Bu, təsadüfi deyil. Orada müəyyən haqq-hesablar gedir. Səhiyyə nazirinin müavini İlqar Qasımov hətta endoprotez əməliyyatlarında şəxsən iştirak edir.
Halbuki, nazir müavini qanuna görə, iş vaxtı Nazirlikdə olaraq aidiyyatı vəzifəsini icra etməli idi. Söhbət 6-7 rəqəmli məbləğlərdən gedir. İlqar Qasımov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna rəhbərlik etdiyi vaxtlarda qoyduğu qayda-qanunlar qanuna zidd olduğu üçün İlqar Qasımovdan sonra orada direktor vəzifəsində çalışan heç kim 1 ildən artıq işləyə bilmir. Talışinskidən əvvəlki direktor öz ərizəsiylə işdən ayrılıb. Çünki ona diktə edilən qanunsuzluqlarla razılaşmırdı. Bundan sonra səhiyyə nazirinin müavini İlqar Qasımova yaxın adamlar oraya yerləşdirilib ki, öz çirkin əməllərini icra edə bilsin. Şamil Şahbazov isə yeyintilərə və qanunsuz tenderlərə razılıq verməyib".
A.Abbasov xəstəxana üçün avadanlıq və ləvazimatların alınması zamanı qanunsuzluqlara yol verildiyini də iddia edib:
"Müəssisəyə endoprotezlər qanuna uyğun olaraq tender keçirilərək alınmalıdır. Amma bu alışlar tender keçirilmədən baş tutub və bunun müqabilində hər ay təxminən 50-60 xəstəyə protez əməliyyatı edərək bunun müqabilində 150-200 min manat İcbari Tibbi Sığortadan, üstəlik 1000-2000 manat aralığında da vətəndaşlardan pul alınır. 2024-cü ilin ilk 10 ayı tender baş tutmadan bu əməliyyatlar hər ay olunub. Lakin bizdə olan məlumatlara görə, 10-cu aydan satınalma prosedurları ciddi şəkildə pozularaq öncədən sövdələşdirilmiş şirkətlə təxminən 400 min AZN bahasına 1.200.000 manata müqavilə bağlanmışdır".
İddiaçının vəkili əlavə edib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 25-30 min AZN rəsmi əmək haqqı alan, ancaq heç bir elmi dərəcəsi və ya xaricdə təhsili olmayan həkim var:
"Necə olur ki, illərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bu qədər alim və peşəkar həkim-mütəxəssislər olduğu halda endoprotez əməliyyatını İlqar Qasımovun köməkçisi olmuş hazırkı baş həkim Nizami Məmmədov və köməkçisi icra etməlidir? Burdan da görünür ki, İlqar Qasımov direktor olduğu gündən bu günə kimi endoprotez əməliyyatını o və köməkçisi Nizami Məmmədov icra edir. Bunun müqabilində hər ay 25-30 min rəsmi, 70-80 min qeyri-rəsmi məbləğ əldə olunur və bu, onlar arasında bölünür. Bunların əməllərinə mane olan hər kəs ya ərizə ilə, ya da şərlənərək işdən uzaqlaşdırılır.
Xəstəxanada adları gedən, amma heç vaxt işə gəlməyən şəxslər var. Maaş kartları isə başqa şəxslərdədir. Bundan başqa, liftdə ciddi problemlər var, lakin tədbir görülmür. Onlar ancaq büdcədən pul silməklə məşğuldur".
Daha sonra məhkəmədə cavabdeh tərəfin vəkili Elgiz Məmmədova söz verilib. O, Ş.Şahbazovun işdən çıxarılması haqda danışıb və onun öz vəzifə səlahiyyətlərini aşdığını, rəhbərlik tərəfindən işçilərə qarşı davranışlarının bəyənilmədiyini bildirib.
Cavabdeh tərəfin vəkili Ş.Şahbazovun xəstəxananın xidməti maşınından şəxsi məqsədlər üçün istifadə etdiyini, xəstəxanaya qoyulan kofe aparatından gələn gəliri mənimsədiyini iddia ediblər.
Bu ittihamlara cavab verən Ş.Şahbazov bildirib ki, xidməti maşından yalnız iş üçün direktorun göstərişi ilə istifadə edib və qarşı tərəfin iddialarının əsaslandırması üçün heç bir sübut yoxdur:
“Kofe aparatı isə mən orada işləməzdən əvvəl qoyulmuşdu və xidmətin yüksək səviyyədə təşkilinə xidmət edir, qazancı isə xəstəxanaya çatırdı".
Məhkəmə prosesi bu gün davam etdiriləcək.
MİA.AZ
DÇ-2026: Türkiyə millisi qalib gəldi
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL