Türkiyə futbolunda sensasiyalı hadisə: klub rəhbəri 74-cü dəqiqədə futbolçuları meydandan çıxardı - Səbəb

img

19-12-2023 [23:25]


"İstanbulspor" Klubunun prezidenti Ecmel Faiq Sarıalioğlu "Trabzonspor" matçında hakim qərarlarına etiraz edərək, oyunun 74-cü dəqiqəsində komandasını meydandan çəkib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, hakimin dayanmadan səhvlər etdiyini iddia edərək, oyunu dayandırıb. 

Klub prezidentini israrla "yola gətirməyə" çaılşsalar da, buna nail olmaq mümkün olmayıb. Beləliklə, oyun 74-cü dəqiqədən yarımçıq qalıb.

Qeyd edək ki, oyunda həmin ana qədər "Trabzonspor" üstün olub - 2-1. 

Klub prezidenti Ecmel Faiq Sarıalioğlu matçdan sonra sosial media hesabında belə yazıb: "Bədəli nə olursa, olsun!".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq