Məşhur aparıcının astronomik maaşı etiraz doğurdu - Telekanalda istefalar başladı

img

12-12-2024 [15:42]


Türkiyənin "Sözcü TV" kanalında istefalar başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sözcü TV-nin "Ana Xəbər" proqramının aparıcısı Fatih Portakalın aldığı maaş kanalda böyük böhrana səbəb olub.

Bildirilib ki, Fatih Portakalın aldığı fantastik maaş kanalın digər rəhbər şəxslərində böyük narazılıq yaradıb: "Nəticədə Ebru Baki və Baş redaktor Əlişer Delek kimi yüksək vəzifəlilər də istefa verib. Onlar Fatih Portakalla müqayisəolunmaz şəkildə az maaş almalarını qəbul edə bilməyiblər".

Məlumatda iddia olunur ki, Fatih Altaylı Fatih Portakalın aylıq maaşının 14 milyon lirə (təxminən 680 min manat) civarındadır.

Məsələ ilə bağlı vaxtilə Fatih Portakalla bir yerdə "Haberturk"də işləmiş Fatih Altaylı da maraqlı açıqlama verib: "Görünən odur ki, "Sözcü"də nələrsə baş verir. Nə baş verdiyini dəqiq bilmirik. Ancaq yaşananlara Fatih Portakalın oradan aldığı maaşın səbb olduğu deyilir. İstefalar buna görədir".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR