23-07-2014 [11:27]
Adının çəkilməsini istəməyən nazirlik əməkdaşının sözlərinə görə, Şabran rayonunun 17 kəndi üzrə 2463 buğda səpini aparmış şəxsin adı rəsmi siyahıya əlavə edilib: «Həmin 2463 nəfərin də guya 9049 hektar 81 sot buğda əkdiyi müvafiq sənədlərdə qeyd olunub. Bunun müqabilində də 17 kənd üzrə həm hektar, həm də səpin aparmış şəxslərin sayı şişirdilməklə, ümumilikdə ayrılmış 361.992.40 manat vəsaitin bir hissəsi mənimsənilib. Artıq nazirlik tərəfindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin sənədlər əsasında cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir. Mənim məlumatıma görə, artıq 4-5 kəndin icra nümayəndəsi başda olmaqla, yerli komissiyada təmsil olunmuş bələdiyyə sədrləri də ciddi əndişə keçirirlər. Çünki prokurorluq onları «dalan»a dirəyib. Bu isə icra başçısı Novruz Novruzov və onun aqrar məsələlər üzrə müavini barəsində xoşagəlməz imic yaratmaqla yanaşı, onların karyeralarını da təhlükəyə sövq edib».
Məlumatlı şəxs Mia.az-a açıqlamasında Baş Prokurorluğun həmin rayon üzrə yaydığı rəsmi məlumatda bəzi məqamların cəmiyyət üçün hələ də açılmadığını da sözlərinə əlavə edib: «Bildiyiniz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabranda Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material haqqında ilik məlumat yyaıb. Orada bildirilib ki, araşdırmalar zamanı Şabran rayonunun Zeyvə,
Çölquşçu, Pirbədil və Çuxurzəmi kəndlərinin inzibati ərazi dairəsi üzrə
nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vəzifə
səlahiyyətlərindən sui-istifadə etməklə kənd sakinlərinin guya buğda əkmələri
barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Buna görə də buğda istehsalının stimullaşdırılması məqsədi
ilə dövlət büdcəsindən ayrılmış 11 min 670 manat pul vəsaitinin
mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət
Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə
cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Göründüyü kimi, prokurorluq mənimsənilmənin detallarına varmayıb. Halbuki, adıçəkilən 4 kənd - Zeyvə, Çölquşçu,
Pirbədil və Çuxurzəmiyə birlikdə 41.407.60 manat (Qırx bir min dörd yüz yeddi manat altımış qəpik) vəsait ayrılıb: «Zeyvədə guya 61 buğda istehsalçısı 292 hektar 65 sot səpin aparıb. Nəticədə isə 11 min 706 manat vəsait silinib. Çölquşçu kəndində 32 nəfərin adına 204 hektar 54 sot yazılmaqla, 8181 manat 60 qəpik, Pirbədildə 124 nəfər 466 hektar 20 sot guya buğda əkməklə 18648 manat, Çuxurzəmidə isə üç nəfər guya 71 hektar 80 sot buğda əkib ki, 2872 manat vəsait təyinatından yayındırılıb. Yəni prokurorluq bu 4 kənd üzrə ümumilikdə ayrılmış 41 min 407 manat vəsaitin ilkin olaraq, 11 min 670 manatının mənimsənilməsini aşkarlayıb. Bu isə 4 kənd üzrə ayrılmış vəsaitin təxminən 35 faizi deməkdir. Bu faiz dərəcəsini rayon üzrə vurduqda isə rəqəmlər heyrət doğurur. Yəni ümumilikdə rayon üzrə büdcədən ayrılmış 361 min 992 manat vəsaitin 35 faizinin mənimsənilməsi, o deməkdir ki, rayon üzrə 150 min manata yaxın büdcə pulları məmurlar tərəfindən cibə
qoyulub. Gəlin razılaşaq ki, bütün bunlardan «şöhrət» ordenli Novruz Novruzovun xəbərsiz olması da mümkün deyil».
Onu da qeyd edək ki, Şabranın 17 kəndi üzrə bütün sənədlər redaksiyamızdadır və araşdırmalarımız davam edəcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi