22 yaşlı "Youtuber" donaraq öldü - Son sözü "Aman Tanrım, dəhşətli fırtına var, ancaq həyatda qalacam" olub

img

29-11-2024 [23:15]


22 yaşlı macəraçı "Youtuber" Storm De Beul İsveçin Lapland bölgəsində gözlənilməz qar fırtınasında həyatı ilə vidalaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, gəzintilərini  YouTube-da paylaşan 22 yaşlı təbiət həvəskarı Storm De Beul son mesajını dostuna ataraq ​​"Burada güclü qar yağıb. Amma narahat olma, sağ qalacam, bilirsən" deyib.

O, daha sonra dostuna göndərdiyi videoda qarın ayaqqabılarını və bel çantasını doldurduğunu, küləyin çadırını dağıtdığını göstərib: "Bu gecə daha da pis olacaq. Aman Allahım!".

Atası Bout bildirib ki, dəfələrlə oğluna xəbərdarlıq eləsə də, xeyri omayıb: "O, belə idi. Onu heç vaxt qorxduğunu görmədim".

Anası Elisabeth Rademaker isə deyib ki, gücül fırtına havanın temperaturunu -18 dərəcəyə düşürüb: "Biz oğlumun orada qalan əşyalarını, kamerasını tapmaq, orada son saniyələrinin necə lentə almasını görmək istəyirik. Bunun üçün yazı həsrətlə gözləyirik".

Məlumatda deyilir ki, fərtıan vaxtı o, təcili yardıma məlumat versə də, güclü külək xilasedicilərin hərəkətlənməsinə imkan verməyib. Bir gün sonra isə helikoptter çaırış yerinə gedib və blogerin donaraq öldüyü aydınlaşıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR