Deputat Milli Məclisdə "Azəriqaz"ı "topa tutdu": "...bunu heç cür ötüşdürmək olmur"
26-11-2024 [12:51]
“Prezidentin xüsusi qayğı və diqqəti ilə dövlət büdcəsinin önəmli bir hissəsinin sosial sahəyə yönəldildiyi bir ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması haçandan iqtisadi səmərə ilə ölçülür?”
Mia.az xəbər verir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri etdiyi çıxışda deyib.
Deputat daha sonra bildirib ki, Saatlı rayonu Aran bölgəsində yerləşir və bir sıra təbii-coğrafi çətinliklərlə üz-üzədir:
"Məsələn, əhali suvarma suyu sarıdan əziyyət çəkir, amma bu ötüşər, kəndlərin bir hissəsi hələ də içməli suyu arxdan, kanaldan götürür – bunu da müvəqqəti ötüşdürmək olar. Saatlı rayonunda istehsal müəssisələri yox dərəcəsindədir və iş yerləri məhduddur – hələlik bu da ötüşər.
Amma Saatlı rayonu kəndlərinin hər dördündən birinin qazı yoxdur – bunu heç cür ötüşdürmək olmur. Mən hər il büdcə müzakirəsində bu məsələni qaldırıram, lakin heç bir hərəkət yoxdur. SOCAR-ın prezidentinin məsələ ilə bağlı bu günlərdə imzaladığı cavab məktubundan aydın oldu ki, 2025-2030-cu illərdə Saatlı rayonunun qazsız 11 kəndindən ancaq 1 kəndinə qaz çəkilə bilər, digər 10 kəndə isə 2030-cu ilə qədər qaz çəkilməyəcək.
Səbəb də odur ki, Saatlının qazsız kəndləri də daxil olmaqla, 1 yanvar 2025-ci il tarixinə ölkə ərazisində qazla təmin olunmayan 899 kəndə qaz çəkilişi iqtisadi cəhətdən səmərəsizdir. Əvvəla, başqa rayonları deyə bilmərəm, amma Saatlı rayonundakı qazsız kəndlərin hamısı bir-birinin yanındadır, tam düzənlik ərazidir, qaz magistral xətləri bəzi qazsız kəndlərin lap qırağından keçir.
Belə olan surətdə bu kəndlərə qaz çəkilişi hansı əsasa görə “iqtisadi cəhətdən səmərəsiz” sayılır? İkincisi, Prezidentin xüsusi qayğı və diqqəti ilə dövlət büdcəsinin önəmli bir hissəsinin sosial sahəyə yönəldildiyi bir ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması haçandan iqtisadi səmərə ilə ölçülür?
Xahiş edirəm, bu məsələ diqqət mərkəzində saxlanılsın və mən də gələn il büdcə müzakirəsində bu məsələni 4-cü dəfə qaldırmaq məcburiyyətində qalmayım”.
Hikmət Hacıyevdən növbəti paylaşım: ""Politico" nəşri dezinformasiya yaymaqda davam edir"
AFFA "Səbail" klubunu cərimələyib
Qəzzada savaşın 417-ci günü: ölənlərin sayı 44249-a yüksəlib
Borrell: "Müharibəni dayandırın..."
Prezident İlham Əliyev sərəncam imzaladı
Məhkəmə hakimi təqaüdə göndərilib
“Kontakt Home” kredit bataqlığında - MİNLƏRLƏ MƏHKƏMƏ İŞİ VƏ...
BAKIDA DAHA BİR TİKTOKER HƏBS OLUNDU - Məhkəmə 60 sutka cəza kədi
Deputat Milli Məclisdə "Azəriqaz"ı "topa tutdu": "...bunu heç cür ötüşdürmək olmur"
Rəis, yoxsa Baş mühəndis? - Həbs xəbəri yayılan idarə rəisi deyil
Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
Məmur, yoxsa biznesmen? - ARB KANALININ BİNASININ SAHİBİ BARƏDƏ ELƏ İDDİALAR YAYILDI Kİ...
BİR QRUP VƏZİFƏLİ ŞƏXS QANDALLANDI - Milyonlarla manatlıq əməliyyatların TƏFƏRRÜATLARI
Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb
İstanbulda terrorçulara qarşı daha bir əməliyyat: saxlanılanlar var
İnstituta direktor əvəzi təyin olunub
Yarımcan olan xəstəyə niyə əlilik verilmir? - Şirvan sakini özbaşınalıqla bağlı Prezident və xanımına üz tutub
Eldar Əzizov özünə niyə müavinlər götürmür? - BŞİH-də 4 müavin poostu hələ də vakant saxlanılıb
Yeni Zelandiyada qəribə olay: sahilə çıxan 30-dan çox balina xilas olunub, 4-ü isə... - FOTO
Qırmızı dənizdə turist gəmisi batıb - 17 nəfər itkin düşüb
Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Mingəçevir su anbarında zəlzələ olub - 3.1 bal gücündə
Almaniya Dünya Savaşına hazırlanır - Yeraltı sığınacaqlar hazırlanır
Mərkəzi Bankı kredit təşkilatları barədə yeni qərar verib
Türkiyənin 18 şəhərində 54 İŞİD-çi tutulub
Vasif Talıbovun oğlu idman sahəsindən də uzaqlaşdırılıb
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşdı
24 yaşlı gənc 40 yaşlı şəxsi gecəyarısı evdə öldürüb - Masallıda
"Kassam tuqayları" 10 İsrail əsgərini öldürüb
Trampa qarşı daha bir ittiham ləğv olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Livana hücum: ölənlərin sayı 3768-ə çatıb
Ərdoğan: "Netanyahu və onun ətrafı üçün çəmbər getdikcə daralır”
Türkiyədə 70 kq qızılla tutulan diplomat Bakıya gətirilib - Haqqında həbs qərarı verildi + FOTOLAR (YENİLƏNİB)
Türkiyədə bəzi şəhərlərdə dərslərə ara verilib - Qara görə
Malatyada zəlzələ baş verib - 4,6 bal gücündə
Livanda bombalanma: xeyli ölən var - Meyitlərin bəziləri parçalanıb
NATO rəsmiləri Bakıya gəliblər