Seymur Verdizadə bu qurumda çalışacaq 

img

08-11-2024 [09:57]


Tanınmış jurnalist Seymur Verdizadənin yeni iş yeri məlum olub. 

MİA.az-ın məlumatına görə, S.Verdizadə karyerasını Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında davam etdirəcək. 

Əldə etidyimiz məlumata gərə, bununla bağlı müvafiq əmr imzalanıb. 

Xatırladaq ki, S.Verdizadə Türkiyənin Qazi Universitetinin məzunudur.

O, 1998-ci ildən indiyə kimi peşəkar jurnalist fəaliyyəti ilə məşğul olub. Bir sıra qəzetlərdə və saytlarda şöbə müdiri, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. ATV, “Xəzər”, “Space” və ARB TV-nin ən reytinqli verilişlərinin eksperti olub.

S.Verdizadə köşə yazarı kimi oxucuların daim izlədiyi qələm sahiblərindən biridir.

O, həm də Jurnalist Araşdırmaları Mərkəzinin sədri kimi QHT sektorunda aktiv fəaliyyət göstərib.

Əhməd

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:11 05.12.2024

Sabah yağış yağacaq