Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-11-2024 [00:01]
Qoç - hisslərinizi cilovlayın, emosiyalarınıza nəzarət edin. İdeyalarınız istədiyiniz kimi yaxşı deyil və gözləntilərinizə cavab vermir. Ehtiyatı əldən verməyin. Tələsik davransanız, problemlər yaranacaq. Onları isə həftənin sonunadək çözmək məcburiyyətində qalacaqsınız.
Günün ikinci yarısında iradəniz zəif olarsa, çox pul xərcləyəcəksiniz. Əyləncəni unudun. Maraqlı işlə məşğul olmaq mümkündür.
Buğa - peşəkar fəaliyyət müstəvisində asanlıqla uğur qazana bilərsiniz. İş yerində rəhbərlik məqsədyönlü fəaliyyətinizi sezəcək. Nüfuzlu insanlardan dəstək ala bilərsiniz. Kiçik səhvlərin fəsadlarını aradan qaldırmaq olar. Ciddi yanlışlıqlara yol verməyin.
Günün ikinci yarısında işlə bağlı planları qeyri-formal şəraitdə müzakirə etmək olar. Bunu etsəniz, yaxşı məsləhət və real dəstək alacaqsınız.
İşdə və evdə yaxşı ideyalarınızla ətrafınızdakı insanları heyrətləndirin. Yaşam arealının yenilənməsi, təmirə başlamaq üçün münasib zamandır. Yaxınlarınız sizi dəstəkləyəcəklər.
Əkizlər - yaşamın bir çox sahələrində müsbət dəyişikliklər olacaq. Təşəbbüskar olmaqdan çəkinməyin. Məhz aktivliyiniz sayəsində məqsədə çata bilərsiniz.
Anlaşma, sövdələşmə, danışıqlar və müzakirələr üçün münasib zamandır. İşgüzar intuisiyanız sizi aldatmasın.
Səfər pis alınmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla təmaslar əhvalınızı yaxşılaşdıracaq. Tərəfdaş və şəriklərlə asanlıqla dil tapın. Qəfil etiraf istisna deyil. Axşam saatlarındakı tanışlığın perspektivi yoxdur.
Xərçəng - çox məhsuldar zamandır. Rutin, yeknəsək işlərin görülməsinə də yaradıcı yanaşın. Belədə ətrafınızdakılarla müqayisədə problemləri daha keyfiyyətli və sürətli şəkildə həll edə biləcəksiniz. İşgüzar tanışlıq asanlıqla baş tutacaq. Təmaslar faydalı olacaq.
Günün ikinci yarısında sonradan etibarlı müttəfiqə çevriləcək insanla qarşılaşacaqsınız.
Yaxınlarınızla münasibətlərinizi rəvan və harmonik edin. Qarşılıqlı anlaşmaya nail olun. Son vaxtlar normal ünsiyyətə mane olan fikir ayrılıqları və problemləri çözün.
Axşam saatlarında əyləncə məkanına yollanmaq olar.
Şir - asan, əlverişli zamandır. Yarımçıq işləri başa vurun. İstirahət və əyləncələri təxirə salın. Həddən arıtq çətin işləri birlikdə yerinə yetirmək gərəkdir.
Alış-verişdə bədxərclik etməyin. Böyük məbləğdə məsrəfləri ertələyin.
Günün ikinci yarısı romantik təmaslar üçün əlverişli deyil. Sevdiyiniz insanı sevindirsəniz, yetər. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Qız - eyni vaxtda bir neçə mürəkkəb işin öhdəsindən gəlməli olacaqsınız. Yardım təklifi gələndə isə işlərin ən ağır, çətin mərhələsi artıq geridə qalmış olacaq. Qıcıqlı, əsəbi olmayın. Təmkinli davranın. Sizi nə kimi hisslərin çulğaladığını yalnız ən yaxın adamlarınız bilməlidir.
Günün ikinci yarısında planları yeniləmək gərəkdir. Qüvvə və imkanlarınız hədsiz deyil. Fəaliyyətin intensivliyini bir qədər azaldın.
İfrat yorğunluq səhhətinizə pis təsir edəcək. Güclü başağrıları yarana bilər.
Tərəzi - əlverişli, parlaq, yaddaqalan gündür. Yeni işlər və sifarişlər maraqlıdır. Qarşılaşacağınız insanlar sizdə rəğbət hissi yaradacaq. İdeyalarınızı ətrafınızdakı insanlar dəstəkləyəcəklər. Bilin ki, ən cəsarətli niyyət və planlarınızı reallaşdıra bilərsiniz.
Günün ikinci yarısında fəaliyyət və ya yaşam ortamını dəyişin. Çoxdan bəri sizi narahat edən mühüm məsələni, həllini tələb edən problemi çözmək olar.
Fikirlərinizi qaydaya salın. İllüziyalar və xəyallar aləmini tərk edin.
Əqrəb - gərgin, məşəqqətli zamandır. Çox iş görməli olacaqsınız. Özü də bu işi bölüşməyə bir kəs yoxdur. Dostlar və tanışlar öz işləri ilə məşğuldurlar. Çətinliklər, problemlərlə baş-başa qalıbsınız. Maliyyə çətinlikləri istisna deyil.
Günün ikinci yarısında bir sıra problemlərin öhdəsindən gələcəksiniz. Axşam saatlarına yaxın əhvalınız pozula bilər. Yaxınlarınızla sərt, aqressiv danışmayın. Mənfi emosiyalarınız qarşıdurma, münaqişə yaratmamalıdır.
Oxatan - günün ilk yarısında baş verən hadisələr sizi sevindirəcək. Peşəkar fəaliyyət sahəsində ciddi uğurlara nail olacaqsınız. Adi günlərdən fərqli olaraq daha qətiyyətli olun. Əlverişli şəraitdən yararlanmağa çalışın.
Uğurlarınıza paxıllıq edənlərin varlığına təəccüblənməyin. Təhlükəli düşmənlərin sayını artırmayın.
Günün ikinci yarısı indiyədək sizə maraq göstərməyən insanın rəğbətini qazanmaq üçün əlverişlidir. Sevdiyiniz insanla təmaslarda diqqətli olun.
Oğlaq - yaxın ətrafınızdakı insanlarla münasibətləriniz asan və rəvan olmayacaq. Sizi anlamırlar, sərt tənqid edirlər. Dalana dirəndiyinizi düşünməyin. Mövqelərinizi sərt müdafiə edin. Aqressiv olmayın. Əks təqdirdə neqativ cavab reaksiyası ilə qarşılaşacaqsınız.
Günün ikinci yarısında müstəqil fəaliyyət göstərsəniz, ciddi uğurlara nail olacaqsınız. Yalnız bacardığınız, öhdəsindən gələ biləcəyiniz işlərə başlayın. Axşam saatlarında yaradıcı fəaliyyət sizi sakitləşdirəcək. Müsbət emosiyalar olacaq.
Dolça - ünsiyyət üçün əlverişli zamandır. Çoxdan bəri, yaxşı tanıdığınız insanları maraqlandıran məsələləri anlamağa çalışın. Yeni tanışlarla sayıq davranın. Qayığkeşliyiniz ətrafınızdakı insanları laqeyd qoymayacaq. İdeyalarınız maraqla qarşılanacaq.
Günün ikinci yarısında kiçik olsa da, çox yerinə düşən gəlirlər olacaq. Sevdiyiniz insanı sevindirin, ona sürpriz edin. Şəxsi münasibətlərdəki problemləri aradan qaldırmaq olar. Axşam saatlarında normal istirahət edin.
Balıqlar - günün ilk yarısında tək qalmağınız məsləhətdir. Yaxın ətrafınızdakı insanların sizə diqqəti çox olsa da, buna fikir verməyərək müstəqil çalışın. Son vaxtlar çətinliklərlə qarşılaşaraq məğlubiyyətlərə düçar olubsunuzsa, qətiyyətlə davranın. Geri çəkilməyin, irəliləyin.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə bağlı mühüm informasiya alacaqsınız. Planlarda dəyişikliklər istisna deyil. Narahat olmayın. Yaşananlarda yaxşı yönlər var.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR