Azercell-dən qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik dörd layihəyə dəstək - VİDEO, FOTOLAR
01-11-2024 [18:00]
Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”nın qaliblərinə qrant ayırdı
Qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik sosial layihə müsabiqəsinin final mərhələsi baş tutdu.
Mia.az-ın məlumatına əsasən, layihələrin dəyərləndirilməsi zamanı münsiflər heyəti dayanıqlı, daha geniş sosial kütlələrə faydalı olan, eləcə də rəqəmsal inklüzivliyin təşviqinə, texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verən layihələrə üstünlük verdi.
Müsabiqəyə təqdim edilən 30-dan çox layihədən seçim şərtlərini ən yaxşı əks etdirən 5 layihə finala vəsiqə qazandı. Təqdim olunan layihələr əsasən sahibkarlıq, təhsil və iqtisadi səlahiyyətlərin artırılması istiqamətlərini əhatə edirdi. Final mərhələsində iştirak edən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər heyəti qarşısında layihələrinin əhəmiyyəti haqqında danışdılar.
Münsiflər heyətinin yekdil qərarı ilə dörd layihə qalib elan edildi. Müsabiqənin qalibləri :
• "Huma Quşu" Təhsilə Yardım Fondunun “Aztəminatlı ailələrdən olan istedadlı gənc qadınların bakalavr, magistr və PhD səviyyəsində STEM təhsilinə dəstək” proqramı;
• Şəki şəhərində fəaliyyət göstərən “Balans” İMİB-in “Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı”;
• “Məhkum qadınların ictimaiyyətə qayıdışı İB”in “Məhkum Sahibkar Qadın İcmaları”nın yaradılması layihəsi;
• “Alternativ Kommunikasiya və Tədqiqatlar İB”in kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulmuş “FarmHER” layihəsi oldu.
Ümumilikdə layihələrin həyata keçirilməsi üçün Azercell 30.000 AZN dəyərində qrant ayırdı.
Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunan təkliflər bu sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildi.
Azercell bütün iştirakçılara müsabiqəyə göstərdikləri maraq üçün təşəkkür edir, qaliblərə isə layihələrinin həyata keçirilməsində uğurlar arzu edir!
Final mərhələsi haqqında video ilə tanış olmaq üçün:
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR