ABŞ Dövlət katibi ilə Pentaqon şefi brifinqdə: "8 min Şimali Koreya əsgəri Ukrayna ilə sərhədə yeridilib, onlar..."
01-11-2024 [00:27]
"Şimali Koreyanın Rusiyaya yardım məqsədiylə göndərdiyi 10 minə yaxın hərbçidən təxminən 8 mini Ukrayna sərhədinə yeridilib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin Vaşinqtonda rəsmi səfərdə olan Cənubi Koreyalı həmkarları ilə birgə mətbuat konfransında söyləyiblər.
Blinken bildirib ki, hən əsgərlər Ukraynanın hələ də nəzarətində olduğu Ryusiyanın Kursk bölgəsində döyüşə göndərilib: "Son məlumatlar göstərir ki, Şimali Koreya qüvvələrinin 8 mini Kursk bölgəsindədir. Düzdür, onlar hələ Ukrayna qüvvələrinə qarşı döyüşə qatılmayıb. Belə fakta rastlanmayıb. Lakin bunun yaxın günlərdə baş verəcəyini gözləyirik".
Müdafiə naziri Ostin isə bildirib ki, Rusiya Şimali Koreya əsgərlərinə artilleriya təlimi və müdafiə xətti (səngər qazılması və istehkamlar düzəldilməsi və s) yaratmaqla bağlı təlim keçdiklərini iddia etsə də, faktiki onlar döyüş bölgəsində Ukrayna silahlı qüvvələri ilə üz-üzə qoyulublar: “Bütün bunlar Rusiyanın bu xarici qüvvələrdən cəbhə xəttindəki əməliyyatlarda istifadə etməyi hədəflədiyini açıq şəkildə göstərir. Bu, əlbəttə, Ukraynaya qarşı müharibədə Rusiyaya əlavə üstünlük verəcək...".
Pentaqon şefi deyib ki, Rusiya Şimali Koreya əsgərlərinə rus forma və ləvazimatları verib: "Şimali Koreya əsgərləri Ukraynaya qarşı döyüşə girərsə, bu, onları qanuni hərbi hədəfə çevirəcək. Hazırda bölgədəki digər müttəfiq və tərəfdaşlarla məsləhətləşir və prosesləri çox yaxından izləyirik".
Samir Musayev
MİA.AZ
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi məsələsi başa çatıb
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı
Əli Əsədov qərar imzalayıb
Fərid Şəfiyev: "Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır" - "Ümid edirik ki, Aİ ilə münasibətlərdə də yeni mərhələ açılacaq"
Türkiyəli nazir COP31-in sədri təyin olunub
Həbsdəki sabiq icra başçıları: hansılar amnistiyadan faydalanacaq?
Partiya sədrinin oğlu məhkəmə hakimi təyin olunub
Türkiyədə minimum əmək haqqı 1308 manat oldu - Qərar açıqlandı
İcra başçısı Günəş Şirvanskaya ilə bayram mərasimi üçün anlaşdı - 62 min manatlıq tədbir keçiriləcək
Türkiyə futbolunda qumar: daha 29 nəfər qandallandı - Aralarında məşhur "Qalarasaray"lı da var
Lənkəranda dələduzluq edən şəxs tutulub
Bu rayonlara qar yağır
"Gmail"də dəyişiklik - Artıq E-poçt ünvanları dəyişdirilə biləcək
"McDonald’s"ın reklamı yalan çıxdı
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"