Rusiya Xarkovda yaşayış binasını vurub - Bir uşaq ölüb, 34 nəfər yaralanıb

img

31-10-2024 [12:45]


Rusiya bu gün gecəyarısı Ukraynanın Xarkov şəhərini bombalayıb.

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, zərbələrdən biir Xarkovda yaşayış binasına tuş gəlib.

Məlumata görə, nəticəsində bir uşaq ölüb, 34 nəfər yaralanıb.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın Xarkovda doqquzmərtəbəli yaşayış binasına raket zərbəsi endrməsi vandallıqdır: "Təəssüf ki, bir uşaq ölüb, çoxlu yaralılarımız var. Dağıntılar altında hələ də insanlar ola bilər..."

Xarkov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov isə bildirib ki, ölən uşağın 12 yaşı tamam olub.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq