Nizami rayonunda tikinti anarxiyası: Tağı Əhmədovun hakim oğlu cəzalandırılacaq? - Məhkəmə qərar verdi
31-10-2024 [10:48]
Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılmasından ötrü xüsusi qərar çıxarılıb.
Bakı Apellyasiya Məhkəməsi hakimlər kollegiyasının verdiyi həmin qərar R.Əhmədov haqqında tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına göndərilib.
Səbəb paytaxtın Nizami rayonunda tikinti aparan “Kursus-Nizami” şirkətinin yerli sakinlərlə mübahisəsidir. Şirkət müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə üz tutub və tikinti ərazisindəki binalara girişin yasaqlanmasını, sakinlərin köçürülməsini, evlərin boşaldılıb sökülməsini istəyib.
R.Əhmədov da 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə bu ərizəni təmin edib. Qərarını da belə əsaslandırıb ki, evlər köhnədir, qəzalı vəziyyətdədir və s.
“Kursus-Nizami” MTK ilə sakinlər arasında Nizami rayon Məhkəməsində xeyli müddətdir məhkəmə çəkişməsi gedir. Hazırda ayrı-ayrılıqda bir neçə məhkəmə işi var. Proseslərin gedişində sakinlər məsələ qaldırıb ki, yekun qərar verilənədək şirkətə binaları sökmək qadağan olunsun. Bu üzdən, bəzi hakimlər yekun qəraradək söküntünü yasaqlayan müvəqqəti təminat tədbiri haqda qərardad çıxarıb.
Hakim R.Əhmədovun söküntüyə icazə verən qərarından sonra absurd durum yaranıb: Eyni məhkəmə bir qərarla söküntünü qadağan edir, digər qərarla icazə verir.
Söküntüyə icazə qərarından apellyasiya şikayəti verən sakinlər həmin qərarı mülkiyyət hüququna qəsd kimi dəyərləndirərək onun ləğvini istəyiblər.
“Hakim Rauf Əhmədov “Karsus-Nizami” MTK-nın qanunsuz hərəkətlərinə yaşıl işıq yandırdı”
Sakinlərdən Fikrət Həsənov şikayətində evindən istifadə hüququnun əlindən alındığını, mülkiyyət hüququna təcavüz edildiyini vurğulayıb.
“Hakim Rauf Əhmədov “Karsus-Nizami” MTK-nın qanunsuz hərəkətlərinə yaşıl işıq yandırdı. Şirkətin fəhlələri gəlib evimi sökmək istəyəndə “102”yə zəng elədim. Polislər gələndən sonra çıxıb getdilər. Binadakı istilik xətləri, həyətdəki asfalt vicdansızcasına sökülüb”, – şikayətçilərdən Diana Andreyevanın sözləridir.
Bakı Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası belə nəticəyə gəlib ki, R.Əhmədov bu qərarla vətəndaşların mülkiyyət, mənzil toxunulmazlığı hüquqlarını pozub.
“Maraqlı şəxslərin şikayətlərində qeyd olunduğu kimi, bu məzmunda qərardad çıxarmaqla birinci instansiya məhkəməsi bütün maddi, prosessual norma və prinsipləri pozub, maliyyə cəhətdən güclü mövqedə olan, geniş maliyyə imkanları olan “Kursus-Nizami” MTK-nın maraqlarını müdafiə edib”, – apellyasiya məhkəməsinin oktyabrın 23-də R.Əhmədov haqqında çıxardığı qərarda belə yazılıb.
R.Əhmədovun 50 yaşı var və o, 14 ildir məhkəmə hakimi çalışır. Daha öncə Xətai rayon Məhkəməsində fəaliyyət göstərib.
O, 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəhbəri olmuş Tağı Əhmədovun oğludur.
T.Əhmədov bu il oktyabrın 18-də 76 yaşında vəfat edib((Azadlıq.org).
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR