Elm və təhsil nazirinin köməkçisinin bacısı zəhərlənmədən ölüb

img

31-10-2024 [09:24]


Xəbər verdiyimiz kimi, Xaçmazda 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi 1985-ci il təvəllüdlü Günel Abdullayeva göbələkdən zəhərlənərək ölüblər.

Məlumata görə, vəfat edən G.Abdullayeva Elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır.

O, rəfiqəsi İ.Bayramova ilə birgə Bakıdan Xaçmaza qonaq gedib və oktyabrın 28-də Seyidli kəndi ərazisində meşə zolağında topladıqları göbələkdən yedikləri üçün zəhərləniblər.

İ.Bayramova Bakıya gətirilərkən yolda, G.Abdullayeva isə paytaxtdakı xəstəxanada vəfat edib(Qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb