Prezident ƏƏSMN-lə bağlı Fərman imzalayıb - Dəyişiklik

img

29-10-2024 [16:22]


Prezident İlham Əliyev bu gün Fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi, İnsan hüquqları üzrə müvəkkil (ombudsman), Azərbaycan məhkəmələri, Xarici İşlər Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti, habelə bu Əsasnamənin 2.10-cu bəndi nəzərə alınmaqla Azərbaycan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq dövlət icbari şəxsi sığortası ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatları “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil etməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq