Türkiyədə bir şəhərdə 15 günlük fövqəladə vəziyyət elan olunub - "Giriş-çıxış qapadılıb"

img

29-10-2024 [11:11]


Türkiyəni Şırnak şəhərində terror təhlükəsi yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Şırnak valiliyi məlumat yayıb.

Valilik bildirib ki,bölgədə PKK-ya qarşı aparılan mübarizə çərçivəsində 29 sentyabr-12 noyabr tarixləri arasında şəhər mərkəzi və 7 ətraf qəsəbə və kəndlərdə "müvəqqəti xüsusi təhlükəsizlik zonası" elan edilib: "Qadağan olunmuş ərazilərə icazəsiz giriş-çıxış qadağan olunub".

Valilik qadağalara əməl etməyənlərə cinayət işi açılacağı haqda da xəbərdarlıq edib: "Bu, Şırnak vilayətində ictimai asayişini və təhlükəsizliyi qorumaq, cinayətlərin qarşısını almaq, əsas hüquq və azadlıqların təmini, o cümlədən zorakılıq və digər xoşagəlməz hadisələrinin baş verməsinin qarşısını almaq məqsədi daşıyır...".

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq