İlham Əliyevlə Nikol Paşinyan görüşüb - Kazanda sülh sazişi ilə bağlı təlimat verilib (FOTOLAR, YENİLƏNİB)

img

24-10-2024 [17:04]


Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Mia.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:06 24.10.2024

Oktyabrın “Ulduz”u

12:22 24.10.2024

Sabah yağış yağacaq