"Xəzər TV”nin efirində qeyri-etik sözlər... - Kanala xəbərdarlıq edildi

img

23-10-2024 [17:50]


Audiovizual Şura “Xəzər TV”nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Bildirilib ki, buna səbəb "Xəzər TV" kanalının efirində 22 oktyabrda saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsidir.

Bildirilib ki, serialın yayımı zamanı (saat 22.32-da) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmayıb və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub: "Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR