Tanınmış vəkilin qızı: "Atam hazırda reanimasiyadadır" (Yenilənib)

img

23-10-2024 [20:47]


"Atam Əsabəli Mustafayev dünən axşamtərəfi insult keçirib. Hazırda reanimasiyadadır. Onun vəziyyəti barədə səhv məlumat verilir, komada deyil".

Mia.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əsabəli Mustafayevin qızı Təhminə Əsabəli deyib.

O bildirib ki, atası hazırda anlaqlı vəziyyətdədir: "Sadəcə nitqində problem yaranıb".

***

Tanınmış vəkil Əsabəli Mustafayevin səhhəti qəfildə yenidən pisləşib.

Mia.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə yazıblar.

Bildiriblər ki, vəkil bu gün komaya düşüb.

Xatırladaq ki, o, ötən ay da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR