Qrant müsabiqələri elan olunub - ŞƏRTLƏR
23-10-2024 [10:04]
2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.
Mia.az xəbər verir ki, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna noyabrın 25-də başlanacaq.
Müraciət üçün son tarix dekabrın 25-dir. Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri gələn ilin I rübü ərzində elan olunacaq.
Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin analitik qrupu 2025-ci il cəmiyyət həyatında mühüm yer tutacaq ən aktual mövzuları prioritetləşdirib.
Müsabiqələr aşağıdakı kateqoriyalar üzrə mövzuları ehtiva edir:
İdeoloji təhlükəsizlik, hibrit təhdidlərə qarşı mübarizə
(ideoloji təxribatlara qarşı profilaktika, zərərli xarici təsirlərə qarşı sayıqlılığın artırılması, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsinə, yüksək ənənəvi dəyərlərin qorunmasına dair təşəbbüslərə üstünlük verilir);
İqlim dəyişmələrinin fəsadları ilə mübarizə, COP29-un qlobal mirası
(Ekoloji yönümlü mövzulara (hidrotəhlükəsizlik və s.), COP29-un qlobal mirasına dair beynəlxalq təşəbbüslərə üstünlük verilir);
Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar
(xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə xarici ölkələrdə konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, birgə hesabatların hazırlanması və yayılmasına dair təkliflərə, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə üstünlük verilir);
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi
(Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş və qayıtmağa hazırlaşan sakinlərlə işə, azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük verilir);
Şəhid ailələri və müharibə iştirakçıları ilə iş
(şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə dair təşəbbüslərə üstünlük verilir);
Sağlam və təhlükəsiz həyat tərzinin təbliği
(narkomaniya, tütünçəkmə, artıq çəki, yoluxucu xəstəliklər ilə mübarizə, velosipedlərdən istifadənin təbliği, yol hərəkətinin təhlükəsizliyi, sürücülük mədəniyyətinin yüksəldilməsinə dair təşəbbüslərə üstünlük verilir);
Erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizə, həssas qruplarla iş
(Erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizəyə, qadınlar, ahıllar, fiziki məhdudiyyətli şəxslər, aztəminatlı ailələr ilə işə, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük verilir);
Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər (sərbəst mövzu)
(Yuxarıda qeyd olunan kateqoriyalar üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin təşviqinə dair beynəlxalq əhəmiyyətli təşəbbüslərə üstünlük verilir)
Qeyd edək ki, artıq ötən ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərin müsabiqələrə layihə təklifi üçün mövzu seçiminə sərbəst mövzu bölməsi də əlavə edir. Bu o deməkdir, QHT elan edilmiş mövzu istiqamətlərindən kənarda - özünün aktual hesab etdiyi milli, ictimai və beynəlxalq əhəmiyyətli istənilən mövzuda layihə təklifi ilə çıxış edə bilər.
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
QHT-lər layihə təkliflərini Agentliyin saytında (www.ngoagency.gov.az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim etməlidir, müvafiq bölmə noyabrın 25-dən dekabrın 25-dək Agentliyin saytında aktiv olacaq. Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə baxılmayacaq.
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı
Əli Əsədov qərar imzalayıb
Fərid Şəfiyev: "Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır" - "Ümid edirik ki, Aİ ilə münasibətlərdə də yeni mərhələ açılacaq"
Türkiyəli nazir COP31-in sədri təyin olunub
Həbsdəki sabiq icra başçıları: hansılar amnistiyadan faydalanacaq?