Ərdoğanın partiyasından Gülənin ölümü ilə bağlı - Açıqlama

img

21-10-2024 [21:32]


Prezident Ərdoğanın lideri olduğu AK Partiya sözçüsü Ömər Çelik ABŞ-da ölən FETÖ lideri Fətullah Gülənin ABŞ-da ölümü ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çelik bu terror təşkilatı liderinin ölkənin milli suverenliyi qəsb etmək, ordu və millətə böyük zərər vurmaq üçün bir layihənin icraçısı olduğunu deyib: "Terrorçu lider Fəthullah Gülən böyük bir xəyanət şəbəkəsinin memarı idi. Bu gün o, bütün cinayətləri iə dünyadan getdi. İndi verdikləri açıqlamaları görəndə görürük ki, eyni xəyanət şəbəkəsini davam etdirməyə çalışırlar. 15 iyuldan sonra onların kimlər tərəfindən himayə olunduğunu daha aydın gördük. Onların qurduqları şəbəkələrə qarşı mübarzəmiz fasiləsiz davam edəcək".

Firidin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq