"TikTok"da sabotaj: süni intellekt layihəsinə 10 milyon dollarlıq zərər vurulub?

img

21-10-2024 [09:45]


"TikTok"un sahibi ByteDance süni intellekt layihələrinə "müdaxilə" edən sınaqda olan işçini qovub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni işçi Çin texnologiya nəhənginin ChatGPT-yə bənzər süni intellekt "çatbot"u olan "Doubao" populyar süni intellekt proqramlarına "qəsdən müdaxilə"də ittiham olunub.

Məsələ haqda açıqlama verən "ByteDance"dən bildirilib ki, sözügedən şəxs reklam texnologiyası komandasında sınaqda idi: "Bundan başqa, onun süni intellekt laboratoriyası ilə bağlı heç bir bağlılığı olmayıb. Onun proqrama müdaxiləsi layihəyə ciddi zərər verməyib. Bu barədə bəzi media quruluşlarında "10 milyon dollardan çox zərər var" fikri həqiqəti əks etdirmir".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR