Rusiya Suriyanı bombalayıb - İdlibdə 27 hədəf məhv edilib

img

16-10-2024 [18:23]


Rusiya son 3 gün ərzində Suriyanın şimal-qərbindəki İdlib bölgəsini bombalamağa başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rusiya qırıcıları Bəşər Əsəd rejiminə müxalif olan silahlı qrupların nəzarətində olan şəhərdə 27 hədəfə hacadan zərbə endirib.

İlkin məlumata görə, hücumlarda rejim və bölgədəki rus qüvvələrinə problem yaradan qruplar məhv edilib: "Şəhərin Besnkul, Juzef, Kibeyne Hills, Betinte, Şeyx Bahir, Ruveyyse, Kafriden, Aynl al-Zarqaid, Kersaid və Kersa səmtlərindəki müxalif qüvvələrə sarıdıcı zərbə vurulub. Nəticədə müxaliflər xeyli canlı qüvvə və texnika itkisi ilə üzləşiblər. Bölgıdəki elektrik paylayıcı mərkəzi də sıradan çıxarılıb".

Qeyd edək ki, Rusiya döyüş təyyarələri sonuncu dəfə təxminən 3 ay əvvəl İdlibi bombalamışdı

Onu da qeyd edək ki, Bəşər Əsəd rejiminə bağlı hərbçilər Hələbin qərbindəki Etarib rayonu və İdlibin cənubundakı Maarbellit kəndlərinə son iki gündə ardıcıl hücumlar edir.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq