Nə ABŞ, nə BMT – İsraili bu dövlət yaradıb (TƏHLİL)
16-10-2024 [18:00]
Fransa Prezidenti Emmanuel Makron deyib ki, Baş nazir Benyamin Netanyahu İsrailin BMT-nin qərarı ilə yaradıldığını unutmamalıdır.
Aydın məsələdir ki, Makronun bunu deməsinin əsas səbəbi İsrailin BMT əleyhinə kəskin bəyanatlar verməsi və təşkilatın Baş katibi Antonio Quterreşin ölkəyə girişinə qadağa qoymasıdır. Bununla belə, onun “İsrail BMT-nin qərarı ilə yaradılıb” sözləri qərəzlidir, lakin bütünlüklə yanlış deyil.
Belə ki 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanmış paylaşma planı ilə Fələstin bölgəsində müstəqil ərəb və yəhudi dövlətləri ilə birlikdə beynəlxalq Qüds rəhbərliyinin qurulması istənildi. Nəticədə İsrail 1948-ci ildə müstəqilliyini elan etdi. BMT-nin Nizamnaməsi isə 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb. 1945-ci il 24 oktyabrda qüvvəyə minib. Yəni BMT 1945-ci ildə yaranıb. Cəmi üç ildir fəaliyyət göstərən bir ölkənin sıfırdan, özü də ərəblərin yaşadığı bir regionda yəhudi dövləti yaratması mümkünsüzdür.
Rəsmi olaraq İsrail BMT qərarı ilə qurulsa da, tarixi mərhələdə İsrailin qurucusu Böyük Britaniya imperiyası idi. Belə ki, yəhudi dövləti və sionizmin “fikir atası” Teodor Herzl yəhudilərin dünyanın hər yerində ikili standartlara, yəni antisemitizmə məruz qaldığını düşünür, buna görə bir dövlətlərinin olmasını istəyirdi. Bu minvalla o, dövrün nüfuzlu, varlı və siyasi əlaqələri geniş olan yəhudiləri ilə təmas quraraq arzusunu gerçəkləşdirməyi düşünürdü. Sözügedən məsələdə ilk ciddi təşəbbüsü Osmanlıda tanınan yəhudi hüquqşunas Emmanuel Karasu ilə təmas qurması olur. Karasu dövrün Osmanlı sultanı II Əbdülhəmidlə yaxın olduğu üçün Herzl onun hüzuruna çıxara bilir. T.Herzl sultandan Fələstində yəhudilər üçün torpaq satmağını, əvəzində Osmanlının bütün xarici borclarını ödəməyi təklif edir. Bilinənin əksinə, II Əbdülhəmid Herzlə kobud davranmır, lakin əsl niyyətini sezərək təklifini rədd edir. T.Herzl bundan sonra Böyük Britaniyanın qapısını döyür və dəstək qazanmağa çalışır. O, 1904-cü ilə qədər səylərini davam etdirsə də ömrü yetmir. Bununla belə Britaniyada yaşayan nüfuzlu və varlı yəhudilər T.Herzlin Yəhudi dövləti ideyasını davam etdirir.
1914-cü ilin noyabrında Osmanlı imperiyasına müharibə elan etdikdən dərhal sonra İngilis Müharibə Kabineti savaş xərclərini qarşılamaq üçün varlı və nüfuzlu yəhudilərin dəstəyini qazanmaq məqsədi ilə hərəkətə keçdi. 1917-ci ildə İngiltərə hökuməti Fələstində, yəhudi əhalinin az məskunlaşdığı Osmanlı bölgəsində “Yəhudi xalqı üçün milli ev”in qurulmasına dəstəyini elan edən Balfur Bəyannaməsini açıqladı. Osmanlının I Dünya müharibəsində məğlub olmasından sonra Fələstin Böyük Britaniya mandatı halına gəldi və Balfur Bəyannaməsinə uyğun olaraq yəhudilərin bölgəyə kütləvi köçünə başlandı. Lakin tədricən proseslər Böyük Britaniyanın nəzarətindən çıxdı. Vəziyyəti görən Britaniya Fələstinin gələcəyini cəmi üç ildir qurulan BMT-nin öhdəsinə buraxdı.
Nəticə etibarilə BMT olmasaydı belə, Böyük Britaniya yəhudilərin dövlət yaratmasına icazə verəcəkdi. Sadəcə bunu Böyük Britaniya etsəydi, imperiyanın digər müstəmləkələrində bənzər tələblər irəli sürülməsi ilə nəticələnə bilərdi. Digər tərəfdən, ingilislər regionda yenə özlərinin yaratdığı ərəb dövlətləri ilə münasibətlərin pisləşməsini istəmədiyi üçün belə bir qərar verdi. İsrail dövlətini yaradan BMT yox, Böyük Britaniyadır.
Turan Rzayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir