Livan İsraildən BMT Təhlükəsizlik Şurasına növbəti dəfə şikayət edib - Bəyanat

img

16-10-2024 [14:46]


Livan İsrailin ölkəsinə hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, BMT Təhlükəsizlik Şurasından hücumların dayandırılması üçün əvvəlcə qəti tədbir görülməsi tələb edilib: "Dərhal atəşkəs elan edilməli və işğalçı qüvvələr geri çəkilməlidir"..

Bununla yanaşı, paytaxt Beyrut və digər bölgələrə İsrailin hücumları zamanı yaranan insan itkisi, köç və böyük dağıntılara görə cəza mexanizm tətbqi olunmalıdır: "İsrail ordusu bunlar azmış kimi, Livana hücumlarında su çənlərini, sərhəd qapılarını və tarixi tikililəri hədəfə alır. Onlar mülki itkilərə əhəmiyyət vermədən şəhər və qəsəbələri bombalayaraq sistemli sui-qəsd hücumlarını davam etdirir. Bu, qəbuledilməzdir, qarşısı alınmalıdır. BMT Təl-Əvivi Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyə və hücumlarını dərhal dayandırmağa məcbur etməldir".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq