Rusiya Nikolayevə ağır zərbələr endirib - 1 mülki şəxs həlak olub, yaralılar var

img

15-10-2024 [10:42]


Rusiya ordusunun Ukraynanın Nikolayev vilayətinə raket zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücum nəticəsində 1 mülki şəxs həlak olub, 16 yaralı var.

Şəhərin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Rusiya bölgəyə S-300 və S-400 model raketləri ilə hücum edib: "Nəticədə bir dövlət qurumu, restoran kompleksi, ticarət yerləri, evlər və maşınlara çox böyük zərərlər dəyib. Ətraf yanğın yerinə çevrilib. Təəssüf ki, itkilərimiz də var. Bir vətəndaşımız həlak olub, 16 nəfər yaralanıb".

Bu arada Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin Rusiyanın bu bölgəni də vurduğunu açıqlaayıb: "5 mülki vətəndaşımız yaralanb, dağıntılar var"

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 14.11.2024

Sabah yağış yağacaq