Serbiya lideri: "Ərdoğan ailəmdən kim xəstələnsə, dərhal zəng edər..." - "Türkiyə Balkanlarda ən böyük gücə sahibdir"
11-10-2024 [17:19]
"Türkiyə Balkan bölgəsində ən böyük güc və rola sahibdir. Ona görə də sülh və sabitlik proseslərində Türkiyənin dəstəyini gözləyirik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Belqradda Türkiyı Prezidenti Ərdoğanla birgə brifinq keçirən Serbiya prezidenti Aleksandar Vucic deyib.
Prezident Ərdoğanın səfərinin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini sözlərinə əlavə edən Vuçiç bildirib ki, bu gün çox mühim möczuları ümzakirə ediblər.
Vuçiç iki ölkənin Avropa İttifaqına (Aİ) üzvlük proseslərini də dəyərləndirdiyindən söz açıb, deyib ki, hər zaman Ərdoğandan çox şey öyrənir: "Görüşlərimizin Serbiya və Serb xalqına da fayda verəcəyini əminəm İki ölkə arasında iqtisadi əlaqələri kifayət qədər yaxşılaşıb. Ticarət həcmi son bir neçə ildə 7 dəfə artıb. Ərdoğan bizim üçün 5 milyard avro hədəf qoymuşdu. 8 ay içində 2 milyard avronu keçdik. Qalan aylarda da 2.6 milyardlıq ticarətimiz olacaq. Yni, demək olar ki, 5 milyardlıq hədəfə çatacağıq. Deyim ki, Türkiyə dostluq əlaqələrinin qurulmasına önəm verdiyimiz bir ölkədir. Bu, həm siyasi, həm iqtisadi, həm Avrasiya səviyyəsində, həm də qlobal miqyasda əhəmiyyətlidir".
Türkiyə ilə güclü siyasi və iqtisadi əlaqələr inkişaf etdirmək istədiklərini ifadə edən Vuçiçin sözlərinə görə, bunun üçün birgə iradə var: "Biz Türkiyə vətəndaşlarının və xalqının maraqları naminə müstəqil idarə olunan ölkəyə rəhbərlik edən Ərdoğanın siyasi mövqeyini yüksək qiymətləndiririk. Cənab Ərdoğan tezliklə Serbiyaya yenidən səfər edəcək. Türkiyə Balkanlarda ən böyük gücə və rola malik ölkədir. Ona görə də sülh və sabitlik proseslərində Türkiyənin dəstəyini gözləyirik. Çünki Prezident Ərdoğan Balkanlardakı problemləri çox yaxşı anlayır və hər zaman problemlərin yeganə həll yolunun dialoq olduğunu deyir”.
Prezident Ərdoğanın həm də çox yaxşı dost olduğunu xüsusi qabardan Serbiya lideri bildirib ki, ailəsində kimsə xəstələnən kimi, Ərdoğandan zəng alır: "Ailəmdə kimsə xəstədirsə, dərhal zəng edəcək. Belə düşüncəli insanlar çox nadirdir. Mənim həyatımda demək olar ki, yoxdur".
O, daha sonra Türkiyənin keçmişi ilə bu gününü müqayisə edib: "Görün, Türkiyə Prezident Ərdoğan iqtidara gəlməmişdən əvvəl necə göründü, indi necədir. O, ölkəsinin simasını dəyişdi. Bu gün Türkiyə dünyanın ən müasir ölkələrindən biridir".
Lamiyə Əhmədli
MİA.AZ
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər