İcra başçısının xanım müavininin vəzifədən azad olunma səbəbi bilindi - Cinayət işi açılıb
11-10-2024 [15:56]
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının iki ay əvvəl vəzifəsindən azad edilən müavini Vəfa Allahverdiyeva cinayət məsuliyyətinə cəlb edilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sabiq müavin tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur.
Onların əməlindən əziyyət çəkən isə Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir.
İttihama görə, təqsirləndirilən xanımlar onu Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. Zərərçəkmiş şəxs həmin pulu oğlunun iştirakı ilə verib.
Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövrü müddətində onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaxında məhkəmə istintaqı başlayacaq.
Qeyd edək ki, Vəfa Allahverdiyeva bu ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib. Onun barəsindəki cinayət işinə görə işdən çıxarıldığı istisna edilmir.
"Ayaks"ın baş məşqçisi oyun qaydalarını pozdu - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÇL: Stadionda 1000-dən yuxarı "Ayaks"azarkeşi var - VİDEO
İslandiya "Avroviziya"nı boykot edir - Səbəb
Prezident İlham Əliyev Donald Trampa məktub göndərib: "Münaqişələrin həllinə davamlı sadiqliyiniz..."
Qəzza yenə bombalanıb - Yaralılar var
Prezident daha bir 4 illik planı təsdiqlədi - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman + DETALLAR
"Yüksəliş" müsabiqəsi keçiriləcək - Sərəncam
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI, YENİ TƏYİNAT OLDU - Sərəncam
Sabah Binəqədi və Sabunçuda qaz olmayacaq
"Sumqayıta belə dayanacaq yaraşarmı, ayıb deyil?!" - Dərə sakinləri şikayətlənir, İH "düzələcək2 deyir + FOTOLAR (Yenilənib)
İqtisadi Şura ilə İnvestisiya Holdinqin Müşahidə Şuraları birgə iclas keçirib - Nələr müzakirə olunub?
Əli Əsədov bu qurumlarla bağlı qərar imzalayıb - Siyahı
Domen idarəçiliyi ilə bağlı Yol Xəritəsi hazırlanacaq
Diplomatik xidmət əməkdaşlarının attestasiyası - Qayda təsdiqləndi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
SOCAR-la "MVM ONEnergy" arasında yeni saziş imzalandı - Qazla bağlı
Bakıda əyləncə məkanı cərimələnib
Əli Kərimli barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib
"Hıdır Baba"nın anası vəfat edib - 93 yaşında
Vəzifəli şəxslərin əmlaklarına həbs qoyulub - Siyahı
Türkiyədə kimyəvi zavodda partlayış oldu - FOTOLAR
Ərdoğan Türkmənistana gedir - Tarix açıqlandı
Elçin Əmirbəyov Brüsseldə - Açıqlamalar
"Hələ onun saçına jele vuran vaxtlarıdır" - Hüquqşünas icra başçısına belə replika atdı
Keçmiş hakimə Konstitusiya Məhkəməsində vəzifə verilib
Super Liqanın 8 komandası cəzalandırılacaq - SİYAHI
Rəsmi Moskva: "Biz Ukraynada atəşkəs yox, sülh üçün çalışırıq"
DTX-dən xaricdə yeni əməliyyat: ağır cinayətlər törətmiş şəxslər saxlanılıb - VİDEO
Billurə Aslanqızıyə AzTV-də vəzifə verildi
İsrail Qəzzanın cənubuna və şimalına zərbə endirib
Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu
Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib - FOTOLAR
Qaralov, Usubov və Sultanov bir arada - FOTOLAR
AFFA "Neftçi"ni cərimələyib
Yağışlı hava davam edəcək - Sabahın hava proqnozu
Nazir müavini: "Distant işlə bağlı yeniliklər gözlənilir"