Ağ Ev Netaynahunun planına qarşı çıxdı: "Livanın növbəti Qəzza olmasını istəmirik"

img

10-10-2024 [08:15]


"Livanın növbəti Qəzza olmasını istəmirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahunun "Livan yeni Qəzzaya çevrilə bilər" açıqlamasına Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında verilən suala cavabda deyib.

O bildirib ki, bu məsələdə Netanyahu ilə razılaşmaları mümkün deyil: "Bu suala çox açıq cavab verəcəyəm: Livanın növbəti Qəzzaya çevrilməsini istəmirik və bu, olmayacaq. Biz bunu görməyəcəyik".

Ağ Ev rəsmisi Qəzza və Livanda minlərlə insanın baş verənələər görə çox böyük çətinliklə üzləşdiyini qeyd edib: "Bölgə əhalisinin zülmü, iztirabı  artıb. Bu səbəbdən bir daha tərəfləri atəşkəsə dəvət edirik".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:04 08.11.2024

Bu gün Zəfər Günüdür