Prezident İlham Əliyev Zəngilanda - Yenilənir
03-10-2024 [18:28]
Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarnın yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.
Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.
Prezident İlham Əliyev altıncı yaşayış məhəlləsinin təməlini qoydu.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.
Mia.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.
İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.
Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu Sənaye Parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir.
Sənaye parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.
Rezidentlər tərəfindən sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların istehsalı, 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək, logistik mərkəz inşa olunacaq.
Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənaye parkında əvvəlcə Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlqoyma mərasimində iştirak etdilər.
Məlumat verildi ki, Litvanın “Dominari” şirkəti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Parkının 10 hektar ərazisində 5 mərhələdən ibarət mebel klasteri layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
İlkin mərhələdə döşək istehsalının əsas xammalı olan paralon materialının istehsalı zavodunun və mebel klasterinin müxtəlif mərhələlərini parça ilə təmin edəcək toxuculuq fabrikinin qurulması planlaşdırılır. İnvestisiya dəyəri 50 milyon manatdan çox olan müəssisədə ilkin mərhələdə 650 nəfər işlə təmin ediləcək. İşçilərin Cəbrayıl və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur.
Şirkət ildə 6 min ton elastik poliuretan, 250 min ədəd müxtəlif mebel, həmçinin, döşəklər, divanlar və çarpayılar üçün 1 milyon ədəd üzlük, 200 min döşək, 5,5 min kubmetr mebel komponentləri istehsal edəcək. İstehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək.
Qeyd edildi ki, Litvanın “Dominari” şirkəti qısa müddət ərzində Baltikyanı ölkələrin və Şərqi Avropanın aparıcı mebel istehsalçılarından birinə çevrilib. Hazırda şirkət 2 min işçi və 200-dən çox korporativ müştəri bazasına malikdir.
Prezident İlham Əliyev “Dominari” şirkətinin mebel klasterinin təməlini qoydu.
Sonra dövlətimizin başçısı və birinci xanım sənaye parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak etdilər.
Məlumat verildi ki, “Karabakh Stone” MMC 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət Sənaye Parkının 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq.
İnvestisiya həcmi 7,8 milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
İstehsal gücü 1 milyon 250 min kvadratmetr təşkil edəcək müəssisədə hazırlanacaq məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
Dövlətimizin başçısı zavodun təməlini qoydu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sənaye Parkında, həmçinin “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak etdilər.
Bildirildi ki, şirkət Sənaye Parkının 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək.
Türkiyənin, Çinin, Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.
Dövlətimizin başçısı zavodun təməlini qoydu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.
Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.
Diqqətə çatdırıldı ki, Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb.
Qeyd olundu ki, rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilərlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə işin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.
Tramp Zukerberqlə görüşüb - Açıqlamalar
ATƏŞKƏS POZULDU: İsrail Livanı vurdu, yaralılar var
Türkiyə ordusu Zapı mühasirəyə alıb - Son bir həftədə 72 terrorçu zərərsizləşdirilib
Vasif Talıbovun qardaşının rəhbərlik etdiyi federasiya ləğv olundu
Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib
Suriyada savaş qızışdı: qruplaşma Hələbdə 32 kəndi ələ keçirdi, mərkəzə yaxınlaşdı - Rus qırıcılar havalandı (FOTOLAR)
İsrail ordusu İordan çayının qərb sahilinə buldozerlərlə hücum edib - Bölgədə yeni savaş başlayıb
Sabah hava necə olacaq? - Proqnoz
Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək - Bu tarixdə
Rəsmi Bakıdan Polşa Prezidentinin sərhədə gəlməsinə daha bir etiraz - Polşalı diplomat XİN-ə çağırıldı
YENİ İLDƏ NEÇƏ GÜN İŞ OLMAYACAQ? - Hökumətdən qərar
Polis əməliyyatı: keçmiş məhkumlardan ibarət mütəşəkkil dəstə üzvləri saxlanılıb - FOTOLAR
Kahramanmaraşda yenə zəlzələ olub - 4.1 bal gücündə
Çempionlar Liqasında maraqlı olay: "Real"ın baş məşqçisi Arda Gülərə qəzəblənib - FOTO
"Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil” - Komitə sədri
İlham Əliyev Albaniya prezidentinə məktub göndərdi - MƏTN
Sədr müavini Hikmət Məmmədov niyə vəzifədən azad olunub? - QHT sədrinin siyasi iddiası, yoxsa...? (Yenilənib)
Qəzza gecəyarısı bombalanıb - Ölən və yaralananlar var
Abşeronda qanunsuz tikintilər artıb - ATV süjet yaydı (VİDEO)
Şoumen... - AzTV bu deputatları "topa tutub" - VİDEO
ŞİŞİRDİLƏN QİYMƏTLƏR, XƏSTƏ HEYVANLAR... - Siyavuş Novruzov MM-də faktları sadaladı, nazir hirsləndi - Bəs ekspert nə deyir?
"Xəzər Dəniz Gəmiçiliyi" cərimələnib
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bakı qarlı havaya hazırlaşır - BŞİH-də müşavirə + FOTOLAR
PUTİN TOKAYEVLƏ GÖRÜŞDƏ QƏRBİ SƏRT TƏHDİD ETDİ: "Səbrimiz bir gün mütləq tükənəcək"
Moldova klubunun Baş məşqçisi: "Bizi İstanbul və Türkiyə ilə müqayisə etmək olmaz, amma..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çağdaş Atan: "Deməyə söz tapmıram"
Türkiyədə 4 şəhərdə dərslər dayandırılıb - Qara görə
ABŞ İsrailə 680 milyon dollarlıq yeni silah satmağa hazırlaşır
5 HƏRBÇİ AĞIR QƏZADA HƏYATINI İTİRİB - MN-dən açıqlama (Yenilənib)
"Beşiktaş"ın baş məşqçisi: "Bütün enerjimi İsrail komandası ilə oyuna indeksləmişəm"
Çində həbsdə olan 3 amerikalı sərbəst buraxılıb: məhbus mübadiləsi, yoxsa... - Ağ Ev bəyanat yaydı
“Roşka” ləqəbli tiktoker həbs edildi
CHP sədrinə icazə verildi - Həbsdəki sədrlə görüşmək üçün
İran XİN başçısı İsraili hədələdi: "Cavab zərbəsi hüququmuz var"
Pakistanda əşirətlər arasında döyüş genişlənir - Tərəflər meyitləri dəyişməkdən imtina ediblər
Qəzzada hamilə qadın öldürülüb - 8 yaralı var
Tramp anlaşma memorandumunu imzalayıb - Yeni prezidentin komandası yeni vəzifələrinə yönlənir
1500 məktəb bağlanacaq? - Emin Əmrullayev yazır
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - FOTOLAR