ABŞ İRANI HÜCUMLA HƏDƏLƏDİ: "Müdaxilə etsəniz, sizə çox ağır olacaq" - "İsrail 100 minlik qoşunla "Hizbullah"ın canlı qüvvəsini məhv etməyi planlayıb"
01-10-2024 [12:49]
2023-cü il oktyabrın 7-dən Qəzzanı vuran İsrailin ötəngecədən Livana qoşun yeritməsi dünyanın bir nömrəli aktual mövzusuna çevrilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu dünən axşam saatlarında Livanda “Şimalın oxları” adlı quru əməliyyatının hədəfi ilə yanaşı, nə vaxta qədər davam edəcəyi və "Hizbullah"ın əsas dayağı İranın reaksiyası hazırda böyük müzakirələrə səbəb olub.
İsrail ordusundan verilən açıqlamaya görə, hücum lokal və müddətli olacaq. Yəni, işğal uzun sürməyəcək: "Biz "Hizbullah hədəflərinə məhdud və hədəfli hücum planımnızı icra edəəcyik Hərbi-hava qüvvələri və artilleriya birliklərinin dəsətyi ilə İsrailin şimalına təhlükə yaradan nöqtələri zərərsizləşdirib geri dönəcəyik".
Tanınmış hərbi analitik İlyas Maqnier isə "Əl-Cəzirə" telekanalına bildirib ki, İsrailin quru əməliyyatının məqsədi böyükdür: "İsrail Livanın cənubundakı "Hizbullah"ın xüsusi təyinatlı qüvvələrini mühasirəyə almaq və onları birdəfəlk məhv etmək istəyir. Açıq mənbəli kəşfiyyat məlumatlarından israillilərin bunun üçün ən azı 18 briqada hazırladığı bilinir. Söhbət 70-100 min əsgərdən gedir. "Hizbullah"ın əsas gücü də dünyaya bəllidir. Onlar raket birliyi ilə canlı qüvvə sarıdan üstündür. İsrail "Hizbullah"ın raket gücünə son günlər çox böyük zərbələr endirib, demək olar ki, 60-70 faizini sıradan çıxarıb, lakin canlı döyüşçü qüvvəsi haqda bunu demək olmaz. "Hizbullah"ın təxminən 50 mindən çox döyüşçüsü var. İsrail komandolarını onlarla ağır döyüş gözləyir. Söz yox ki, İsrail üstün texnoloji gücə sahibdir və bu, "Hizbullah" xüsusi təyinatlılarının qorxulu röyası olacaq"
Bu arada ABŞ növbəti dəfə İsrailə açıq dəstəyini elan edib.
Ağ Evdən verilən bəyanata görə, İsrailin Cənubi Livana qarşı quru əməliyyatı özünü və əhalisini müdafiə baxımından tamamilə qanunidir: "İsrailin vətəndaşlarını təhdid edən "Hizbullah" infrastrukturunu məhv etmək üçün lokal əməliyyatlar aparacağını anlayırıq. Bu, İsrailin özünü və vətəndaşlarını müdafiə etməsi, onların yurd-yuvalarında rahat yaşamaları üçün jhıyata keçirdiyi müdafiə hüququdur."
ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Gallant ilə telefon danışığında Vaşinqtonun Livan sərhədindəki əməliyyatında İsraili dəstəklədiyini təkrarlayıb. Pentaqondan verilən məlimatda deyilir ki, o, həmçinin İranı Vaşinqtonun əsas müttəfiqi ilə müharibəyə getməyi seçəcəyi təqdirdə üzləşəcəyi nəticələrlə bağlı xəbərdar edib: "Pentaqon şefi bir daha bəyan edib ki, İran İsrailə birbaşa hərbi hücumu seçsə, Livanla savaşa müdaxilə etsə, bunun çox ciddi nəticə və cavabı olacaq".
“Washington Post” qəzeti isə yazır ki, Bayden administrasiyası Livana hücumla bağlı Yaxın Şərqə daha bir neçə min əlavə əsgər və daha çox döyüş təyyarəsi göndərməyə qərar verib. Pentaqonun sözçüsü Sabrina Sinq qəzetə bildirib ki, hava hücumundan müdafiə bölmələri - F-16, F-15E və F-22 döyüş təyyarələri və A-10 hücum təyyarələri ilə uçan eskadrilyalar və on minlərlə amerikalı personala artıq yüksək hazırlıq vəziyyəti barədə xəbərdarlıq verilib: "Göstərişi müdafiə naziri Lloyd Ostin verib. Bu, İran lideri Xamneyinin İsraili hədələyici bəyanatından sonra qərarlaşdıırılıb".
CNN-nin xəbərinə görə isə İsrail Livanın ölkəsi iə sərhədində geniş bufer zonası yaradacaq: "İsrail rəsmiləri Cənubi Livana qarşı quru əməliyyatının əhatə dairəsinin məhdud olduğunu deyir. Bildirir ki, bu, uzunmüddətli işğal olmayacaq, ancaq nə vaxt geri çəkiləcəklərinin cədvəlini verməkdən çəkinirlər. Görümür, İsrailinsərhəd xəttində geniş bufer zonası yaradacağı ahqda xəbərlər əsassız deyil"
Firudin Səfərli
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı